İradə Gülməmmədova Pirəkəşkül kənd sakinləri ilə növbəti dəfə görüşdü - + FOTO=7

İradə Gülməmmədova Pirəkəşkül kənd sakinləri ilə növbəti dəfə görüşdü + FOTO=7

Abşeron Rayon İcra Hakimiyyətinin başçısı İradə Gülməmmədovanın rayonun Pirəkəşkül kəndində sakinlərlə növbəti dəfə səyyar qəbul-görüşü keçirilib.
Görüşdən əvvəl Pirəkəşkül kənd orta məktəbin ərazisində şəhid Elçin Süleymanovun xatirəsinə ucaldılan abidəsi önünə tər çiçəklər düzülüb, Azərbaycanın bütövlüyü uğrunda canından keçən bütün şəhidlərimizin xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Abşeron RİH başçısı İ.Gülməmmədova Pirəkəşkül kəndində böyük problemlərin olmadığını, orataya çıxan yerli əhəmiyyətli məsələlərin də həll olunduğunu vurğulayaraq bildirib ki, əhalinin artımı ilə əlaqədar təbii olaraq bəzi təlabatlar meydana gəlir və onların da aradan qaldırılması istiqamətində lazimi tədbirlər görülür. Rayonda kəndlərarası yol infrastrukturunun yeniləndiyini, əhalinin fasiləsiz təbii qaz, elektrik enerjisi və su ilə təmin edildiyini deyən icra başçısı bu istiqamətdə həyata keçirilən işlərin davamlı olacağını, yeni salınan məhəllələrin lazimi kommunikasiya xəttləri ilə təmini ilə bağlı addımların atıldığını deyib.
Sonra kənd sakinləri telefon xəttlərinin çəkilməsində, verilən elektrik enerjisinin gücünün artırılmasına, yeni salınan məhəllələrdə daxili yolların abadlaşdırılmasına köməklik göstərilməsini xahiş ediblər.
Sakinlər tərəfindən qaldırılan məsələlərin mümkünləri yerindəcə həll olunub, müəyyən vaxt və vəsait tələb edən digər məsələlərin həlli istiqamətində isə müvafiq tapşırıqlar verilib

*************************************************************************** 
T Ə D B İ R L Ə R İ N İ Z İ N
   V  İ  D  E  O  +   F  O  T  O    
ç ə k i l i ş i 
  M E D İ A  DƏSTƏYİ

Tədbirlərinizin video-foto çəkilişini aparmaqla və media dəstəyi kimi , xəbər saytlarımızda yayımlamaq üçün
S İ F A R İ Ş L Ə R       Q Ə B U L     E D İ R İ K !
( Qiymətlər 60 azn-dən başlayır. Ödənişlərə görə vöen-qəbz və ya elektron vöen qəbz verilir.)
 
Əlaqə üçün : Telefon + WhatsApp : 050 331 1111
AZpress.AZ  informasiya agentliyi
www.azpress.az
***************************************************************************
 
 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !