Azərbaycan ordusu qarşıya qoyulan istənilən hərbi vəzifəni yerinə yetirməyə hazırdır - + FOTO=29 (Azpress.AZ Mais Ibrahimov, Ağcabədi )

Azərbaycan ordusu qarşıya qoyulan istənilən hərbi vəzifəni yerinə yetirməyə hazırdır + FOTO=29 (Azpress.AZ Mais Ibrahimov, Ağcabədi )

Yeni Azərbaycan Partiyasının (YAP) təşkilatçılığı ilə Ağcabədi rayonu
ərazisindəki N nömrəli hərbi hissədə əsgər və zabitlərlə görüş keçirilib.
AZpress.AZ-ın bölgə müxbiri xəbər verir ki, görüşdə Azərbaycan
Respublikası Baş Nazirinin müavini, Yeni Azərbaycan Partiyası sədrinin
müavini-icra katibi Əli Əhmədov, Milli Məclisin deputatları Bəxtiyar Sadıqov,
Bəxtiyar Əliyev, Tahir Rzayev, Rauf Əliyev, Ağcabədi və Laçın rayon İcra
Hakimiyyətlərinin başçıları, ictimaiyyət nümayəndələri iştirak ediblər.
Əsgər və zabitlər qarşısında çıxış edən Baş nazirin müavini Əli Əhmədov Ali
Baş Komandan İlham Əliyevin ordu quruculuğu istiqamətində həyata keçirdiyi
uğurlu fəaliyyətdən, silahlı qüvvələrə göstərilən diqqət və qayğıdan söz açıb.
Bildirib ki, Prezident İlham Əliyevin apardığı siyasət nəticəsində Azərbaycan
dünyanın ən güclü ordularından birinə çevrilib.
“Ordumuzun gücü təkcə onun malik olduğu silahlarda, hərbi sürsatlarda deyil.
Ordumuzun daha möhtəşəm güc mənbəyi əsgərlərimizin qəhrəmanlığında,
döyüşlərdə göstərdiyi igidliyindədir. Yüksək döyüş ruhunda olmasındadır.
Azərbaycan xalqına, dövlətinə dərindən inanmasındadır. Biz ordumuzla qürur
duyur, fəxr edirik. Əminik ki, silahlı qüvvələrimiz Vətənimizin müstəqilliyinin və
dövlətçiliyimizin keşiyində əzmlə dayanıb. Azərbaycan ordusu qarşıya qoyulan
istənilən hərbi vəzifəni yerinə yetirməyə hazırdır. Biz torpaqlarımızın işğaldan
azad etmək vəzifəsini dövlətimizin, xalqımızın və ordumuzun iradəsini
birləşdirərək yerinə yetirməyə nail olacağıq", - deyə Ə.Əhmədov söyləyib.
Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin həlli istiqamətində
aparılan danışıqlar prosesindən də bəhs edən Baş nazirin müavini deyib:
“Azərbaycan münaqişənin qan tökülmədən həll olunmasına tərəftar olmasını
bəyan edir və danışıqlar prosesi aparılmaqdadır. Doğrudur, danışıqlar
prosesinin gedişi bizi qane etmir. Biz dəfələrlə bununla bağlı mövqeyimizi ən
yüksək səviyyədə ifadə etmişik. Amma danışıqlar prosesinin tamamilə sona
çatdığını düşünmürük. Apardığımız siyasət ondan ibarətdir ki, qan
tökülmədən, itkilərə yol vermədən Azərbaycanın işğal edilmiş torpaqlarının
azad edilməsini təmin edək. Azərbaycan tərəfinin qoyduğu yeganə şərt odur
ki, işğal olunmuş bütün torpaqlar qeyd-şərtsiz azad edilməlidir. Çünki bu
torpaqlar Azərbaycanın torpaqlarıdır. Bütün dünya bu torpaqların Azərbaycan
ərazisi olduğunu qəbul edir. Bütün hüquqlar, beynəlxalq normalar

Azərbaycanın haqlı mövqeyini nümayiş etdirir. Ermənistan tərəfinin qeyri
konstruktiv mövqeyi ucbatından hələ ki, danışıqlar prosesi bizim istədiyimiz
nəticəyə gətirib çıxarmayıb. Əgər danışıqlar prosesi biz istədiyimiz nəticəni
verməsə, pozulmuş ədadət bərpa olunmasa, Azərbaycanın torpaqları geri
qayıtmasa biz məsələni ordunun gücü hesabına həll edəcəyik. Bizim hər
birimizin bir müqəddəs vəzifəsi var - işğal altında olan torpaqlarımızın azad
edilməsi, məcburi köçkünlərin doğma yurdlarına qayıtması, ədalətin bərpa
olması”.
Birlik komandiri general-mayor Mais Bərxudarov qeyd edib ki, silahlı qüvvələrə
göstərilən diqqət və qayğı nəticəsində Azərbaycan ordusu dünyanın ən güclü
ordularından birinə çevrilib. Silahlı qüvvələrin təminatı, şəxsi heyətin mənəvi-
psixoloji hazırlığı, döyüş ruhunun, vətənpərvərlik hissinin yüksək olması onu
deməyə əsas verir ki, ordumuz düşməni hər an məhv etməyə qadirdir, buna
hazırdır.
Sonra YAP sədrinin müavini-icra katibi Əli Əhmədov və digər qonaqlar hərbi
hissənin ərazisində yerləşən əsgər yataqxanası, məişət otağı, yeməkxana,
hamam, əşya anbarı və digər xidməti otaqlara baxış keçirib, şəxsi heyətin
həyat və məişət şəraiti ilə yaxından tanış olub, əsgərlərlə birgə nahar ediblər.
Hərbi hissəyə ideoloji və bədii kitablar hədiyyə olunub. Əsgər və zabitlər üçün
konsert proqramı təşkil edilib. 

*************************************************************************** 
T Ə D B İ R L Ə R İ N İ Z İ N
   V  İ  D  E  O  +   F  O  T  O    
ç ə k i l i ş i 
  M E D İ A  DƏSTƏYİ

Tədbirlərinizin video-foto çəkilişini aparmaqla və media dəstəyi kimi , xəbər saytlarımızda yayımlamaq üçün
S İ F A R İ Ş L Ə R       Q Ə B U L     E D İ R İ K !
( Qiymətlər 60 azn-dən başlayır. Ödənişlərə görə vöen-qəbz və ya elektron vöen qəbz verilir.)
 
Əlaqə üçün : Telefon + WhatsApp : 050 331 1111
AZpress.AZ  informasiya agentliyi
www.azpress.az
***************************************************************************
 
 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !