8 sentyabr Beynəlxalq Fizioterapiya Günüdür -

8 sentyabr Beynəlxalq Fizioterapiya Günüdür

8 sentyabr Dünya Fizioterapiya Günü Dünya Fiziki Terapiya Konfederasiyası
tərəfindən 1996-cı ildə təsis edilmişdir. Beynəlxalq Fizioterapiya Gününün bütün
dünyada qeyd edilməsinin əsas məqsədi sağlamlığın qorunması barədə insanların
maarifləndirilməsdir. Mərkəzi Gömrük Hospitalının Fizioterapiya və Tibbi
Reabilitasiya şöbəsində çalışan fizioterapevt-reabilitoloqlar Səidə Kərimova, Afət
Çəndirli və Turanə Dünyamalıyeva dünyanın bir sıra aparıcı ölkələrində tibbi
təhsil almış, müntəzəm olaraq xarici ölkələrdə ixtisasartırma kurslarında iştirak
edir və xəstəliklərin müalicəsində qabaqcıl beynəlxalq təcrübəni istifadə edirlər.
Fizioterapiya və Tibbi Reabilitasiya şöbəsində xəstəliklərin müasir üsullarla
müalicəsinə və yüksək səviyyəli tibbi xidmətlərin göstərilməsinə xüsusi diqqət
yetirilir. Son vaxtlar Avropada, ABŞ-da, İsrail və digər ölkələrdə skolioz
xəstəliyinin müasir Schroth metodu ilə müalicəsi geniş istifadə olunur və
Azərbaycanda bu müalicə üsulu ilk dəfə olaraq Mərkəzi Gömrük Hospitalında
tətbiq olunur.
Hazırda Mərkəzi Gömrük Hospitalında skolioz xəstəliyinin müasir Schroth metodu
ilə müalicəsində 3D idman hərəkətlərindən, xüsusi tənəffüs texnikasından istifadə
edilərək istənilən yaşda olan pasiyentlərdə skoliozun dərəcəsinin azaldılması,
normal duruşun bərpası və yeni metodla müalicəsi həyata keçirilir.
Azhərəkətli həyat tərzinin keçirilməsi və bir yerdə oturub işləmək əzələləri gün
ərzində gərginlikdə saxlamağa məcbur edir. Vaxt keçdikcə narahatlıq və kəskin
ağrılar baş verir. Fizioterapevtlər bu gərginliyi aradan qaldırmağa və orqanizmi
xəstəliklərdən qorumağa qadirdirlər. Buna görə də, hazırda bu peşə sahibləri tibbdə
əvəzolunmazdırlar. Onlar insanların düz qamət problemlərini həll etməyə,
xəstəliklərin bəzi fəsadlarını aradan qaldırmağa, zədələnmiş və ya gərilmiş əzələləri
tədricən bərpa etməyə, baş və oynaq ağrılarının qarşısını almağa kömək edirlər.
Hospitalda fizioterapiya həm ayrıca olaraq, həm də digər müalicə metodları ilə
birlikdə tətbiq edilir. Həkim bu müalicə metodunu tətbiq edərkən xəstəyə zərər
yetirməmək üçün bu və ya digər fiziki faktorun təsir mexanizmini yaxşı bilir və
xəstəliyin ağrıqlıq dərəcəsindən asılı olaraq hər bir xəstəyə fərdi yanaşaraq müalicə
təyin edir.
Fizioterapevtin əsas işi idman və digər zədələrin sağaldılması ilə əlaqədardır. Lakin,
bu müalicə üsulu əməliyyat, bədbəxt hadisələr və qəzalardan sonra reabilitasiya
dövrü, xroniki ağrılar, nevroloji və tənəffüs pozğunluqları kimi vəziyyətlərdə də

kömək edir. Bundan əlavə fizioterapiya üsulları ürək-damar, şəkərli diabet və insult
kimi bir sıra xəstəliklər və piylənmənin profilaktikası olaraq da tətbiq edilir.
Mərkəzi Gömrük Hospitalının Fizioterapiya və Tibbi Reabilitasiya şöbəsinin
həkimləri pasiyenti kompleks müayinə edir, onun səhhəti haqqında tam və dolğun
informasiya əldə etdikdən sonra müalicə sxemi təyin edir. Peşəkar həkimlərin
məqsədi pasiyentləri müalicə edərkən onları yalnız ağrılardan və naraharlıqlardan
azad etmək deyil, həmçinin ağrıya səbəb olan amilləri də müəyyən edib aradan
qaldırmaqdır.
Hospitalın təcrübəli həkimləri ən mürəkkəb hallarda və ən müxtəlif patologiyaların
müalicəsində böyük təcrübə qazanmışlar. Hospitalda ultrasəs, kombinə
elektroterapiyası, endopress, elektrostimulyasiya, qısa dalğa, lazer,
traksiya, hot pack,cold pack, maqnitoterapiya, balneoterapiya, tibbi masaj, manual
terapiya, detoksikasiya, biopunktura, biorezonans, zərbə dalğa terapiyası kimi
müalicə üsulları təqdim olunur.
Son 10 il ərzində Mərkəzi Gömrük Hospitalına müraciət edən pasiyentlərə yüksək
ixtissalı mütəxəssislər tərəfindən 60000-dən artıq fizioterapevtik xidmət
göstərilmişdir. 

*************************************************************************** 
T Ə D B İ R L Ə R İ N İ Z İ N
   V  İ  D  E  O  +   F  O  T  O    
ç ə k i l i ş i 
  M E D İ A  DƏSTƏYİ

Tədbirlərinizin video-foto çəkilişini aparmaqla və media dəstəyi kimi , xəbər saytlarımızda yayımlamaq üçün
S İ F A R İ Ş L Ə R       Q Ə B U L     E D İ R İ K !
( Qiymətlər 60 azn-dən başlayır. Ödənişlərə görə vöen-qəbz və ya elektron vöen qəbz verilir.)
 
Əlaqə üçün : Telefon + WhatsApp : 050 331 1111
AZpress.AZ  informasiya agentliyi
www.azpress.az
***************************************************************************
 
 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !