TOPs proqramının 6-cı mövsümü başlayıb - (+FOTO=8)

TOPs proqramının 6-cı mövsümü başlayıb (+FOTO=8)

 AZpress.AZ xəbər verir ki, “TOPs – fiziki tərbiyə üzrə müasir təhsil texnologiyasının yaradılması” proqramının 2019-2020-ci tədris illəri üçün nəzərdə tutulan 6-ci mövsümü başlayıb.

Proqram Azərbaycan Respublikası Təhsil Nazirliyi, British Council Azərbaycan, Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyası (ADBTİA) və “İnkişaf Naminə İdman” İctimai Birliyinin birgə əməkdaşlığı ilə həyata keçirilir.

Proqramın məqsədi fiziki tərbiyə müəllimlərinin nəzəri bilikləri və praktiki peşə bacarıqlarını TOPs metodikası vasitəsi ilə zənginləşdirməklə daha maraqlı və rəngarəng tədris prosesi təşkil etməkdir. Bunun nəticəsi olaraq, Ümumtəhsil məktəblərində təhsil alan şagirdlərin hərəki bacarıqlarını inkişaf etdirən əlverişli mühitin yaradılmasına və onların təhsil aldıqları müddətdə fiziki-psixoloji sağlamlığının qorunmasına nail olmaqdan ibarətdir.

2019-2020-ci tədris ilində TOPs layihəsinin əhatə dairəsi genişlənərək Ölkənin digər regionlarının da əhatə edilməsi nəzərdə tutulur. Bunun üçün xüsusi hazırlanmış TOPs Təlimçiləri artıq təlimlərdə müasir təlim üsullarını öz həmkarlarına öyrətməyə çalışırlar.Bu mövsümdə ilk olaraq Gəncə və Mingəçevir şəhərlərinin bütün ümumtəhsil məktəblərinin fiziki tərbiyə müəllimləri üçün TOPs təlimləri təşkil olunub.

İlk təlimlər 26 avqustda Gəncə şəhərində keçirilib və 4 sentyabrda yekunlaşıb. Gəncə şəhərindəki təlimlər 49 ümumtəhsil məktəbindən olan ümumilikdə 178 müəllimi əhatə edib. Mingəçevir təlimləri isə 5-7 sentyab tarixlərində baş tutub və təlimlərə 21 məktəbdən 65 fiziki tərbiyə müəllimi cəlb olunub.

Təlimlər zamanı müəllimlərin praktiki bacarıqlarının artırılmasına və daha keyfiyyətli dərslərin tədrisinə nail olmaq üçün TOPs metodikası vasitəsi ilə praktiki fəaliyyətlər həyata keçirilib və yeni tədris metodları izah olunub.

Təlimlərdə müəllimlərə Metodiki tədris kartları da təqdim olunub. Bu kartlar Milli Fiziki Tərbiyə Kurikulumuna uyğun hazırlanıb və gündəlik planlaşdırmanı əvəz edir.

Təlimçilər bildirib ki, proqramın yeni mövsümü uğurla başlayıb və bütün mövsüm boyu bu qayda ilə çalışmaq əzmindədəirlər:

“Sevindirici haldır ki, artıq bütün regionlarda müəllimlər TOPs proqramı barədə məlumatlıdır və bizim təlimlərimizi gözlyirlər. Bu bir neçə gündə şahidi olduq ki, müəllimlər aktivlik göstərir və təlim tapşırıqlarını həvəslə yerinə yetirirlər. Onların motivasiyasının dərslərinə də siraət edəcəyinə əminik. Növbəti regionlarda təlimlərimiz hələ qabaqdadır. Uğurlu nəticələrə inanırıq. Məqsədimiz şagirdlər üçün faydalı və maraqlı fiziki tərbiyə dərslərinin təşkilinə nail olmaqdır”.

TOPs təlimlərində iştirak edən müəllimlər mənimsədikləri müasir təlim üsullarını dərslərində tətbiq etməklə bərabər həm də dərsdənkənar fəaliyyətlərlə müxtəlif idman festivalları təşkil edəcəklər. Belə tədbirlər uşaqlarda həm fiziki, həm də liderlik bacarıqlarının inkişaf etdirilməsinə də fürsətlər yaradacaqdır.

Qeyd edək ki, Azərbaycanda proqramın tətbiqinə pilot layihə kimi 2014-cü ildən start verilib.

 

*************************************************************************** 
T Ə D B İ R L Ə R İ N İ Z İ N
   V  İ  D  E  O  +   F  O  T  O    
ç ə k i l i ş i 
  M E D İ A  DƏSTƏYİ

Tədbirlərinizin video-foto çəkilişini aparmaqla və media dəstəyi kimi , xəbər saytlarımızda yayımlamaq üçün
S İ F A R İ Ş L Ə R       Q Ə B U L     E D İ R İ K !
( Qiymətlər 60 azn-dən başlayır. Ödənişlərə görə vöen-qəbz və ya elektron vöen qəbz verilir.)
 
Əlaqə üçün : Telefon + WhatsApp : 050 331 1111
AZpress.AZ  informasiya agentliyi
www.azpress.az
***************************************************************************
 
 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !