Göygöldə saxlanılan ermənilər... -

Göygöldə saxlanılan ermənilər...

Azərbaycanın hüquq-mühafizə orqanları Göygöl rayonunda erməni əsilli iki Rusiya vətəndaşının saxlanılması barədə məlumatları hələlik şərh etmir.

Rusiya səfirliyindən Turan agentliyinə bildiriblər ki, bu məlumatı yoxlayırlar.

Eyni zamanda, hələlik saxlanılan şəxslərin adları məlum deyil. Qeyri-rəsmi məlumata görə, ər-arvad Rusiyadan Gəncəyə gəlib, oradan isə əvvəllər ermənilərin yaşadığı Çaykənd kəndinə gedib. Orada onlar "şübhəli" davranışları ilə əlaqədar saxlanılıblar. Saxlanılan şəxslərin adları və yaşları açıqlanmır.

Etimada layiq olan mənbələrdən Turan-a daxil olan məlumata görə, yoxlama və profilaktik söhbətdən sonra saxlanılan şəxslər sərbəst buraxılacaq.

Ermənilərin saxlanılmasına cəbhə xəttinin bilavasitə yaxınlığında xüsusi hərbi dövr rejimi qüvvədə olan yerdə olmaları səbəb olub./Turan 

*************************************************************************** 
T Ə D B İ R L Ə R İ N İ Z İ N
   V  İ  D  E  O  +   F  O  T  O    
ç ə k i l i ş i 
  M E D İ A  DƏSTƏYİ

Tədbirlərinizin video-foto çəkilişini aparmaqla və media dəstəyi kimi , xəbər saytlarımızda yayımlamaq üçün
S İ F A R İ Ş L Ə R       Q Ə B U L     E D İ R İ K !
( Qiymətlər 60 azn-dən başlayır. Ödənişlərə görə vöen-qəbz və ya elektron vöen qəbz verilir.)
 
Əlaqə üçün : Telefon + WhatsApp : 050 331 1111
AZpress.AZ  informasiya agentliyi
www.azpress.az
***************************************************************************
 
 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !