Sami Yusif və Azərbaycan sənətkarlarının birgə ifasında - Nəsimi poeziyası (+VIDEO)

Sami Yusif və Azərbaycan sənətkarlarının birgə ifasında “Nəsimi poeziyası” (+VIDEO)

 AZpress.AZ xəbər verir ki, UNESKO-nun Ümumdünya İrs Komitəsinin 43-cü sessiyasının 2019-cu ilin 30 iyun tarixində Heydər Əliyev Mərkəzində keçirilmiş açılış mərasimi üçün xüsusi mədəni proqram hazırlanmışdır.

Azərbaycan mədəniyyətinə və bu coğrafiyada sivilizasiyaların inkişafına, tarixi abidələrin və irs məkanlarının şahid olduğu tarixə işıq salınması məqsədilə hazırlanmış “İrsin sonsuz ruhu” (“Timeless spirit of heritage”) adlı mədəni proqramın əsas təşkilatçısı Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyi olmuşdur. Yaradıcı prodüseri Rusiyanın məşhur prodüseri Andrey Baltenko, musiqi proqramının müəllifi isə dünyaca məşhur azərbaycanlı müğənni Sami Yusif olan mədəni proqram doqquz elementdən ibarət olmuşdur. Bu elementlər “Qobustan”, “Atəşgah”, “Nəsimi poeziyası”, “Rəqs edən ürəklər”, “Xalçalar”, “Şirvanşahlar Sarayı”, “Novruz bayramı”, “Şəki Xan Sarayı” və “Azərbaycanın gələcəyə baxışı” mövzularına həsr olunmuşdur.

Son günlərdə Sami Yusif konsertin “Şirvanşahlar Sarayı”, “Girdim yarın bağçasına” və “Nəsimi poeziyası”na həsr olunmuş hissələrini öz Youtube kanalında paylaşmışdır. Konsertdən digər görüntülər yaxın zamanda yayımlanacaqdır.

Oxucuları Sami Yusif və Azərbaycan sənətkarlarının birgə ifasında səslənən mədəni proqrama baxmağa dəvət edirik.

 

www.youtube.com/watch

 

*************************************************************************** 
T Ə D B İ R L Ə R İ N İ Z İ N
   V  İ  D  E  O  +   F  O  T  O    
ç ə k i l i ş i 
  M E D İ A  DƏSTƏYİ

Tədbirlərinizin video-foto çəkilişini aparmaqla və media dəstəyi kimi , xəbər saytlarımızda yayımlamaq üçün
S İ F A R İ Ş L Ə R       Q Ə B U L     E D İ R İ K !
( Qiymətlər 60 azn-dən başlayır. Ödənişlərə görə vöen-qəbz və ya elektron vöen qəbz verilir.)
 
Əlaqə üçün : Telefon + WhatsApp : 050 331 1111
AZpress.AZ  informasiya agentliyi
www.azpress.az
***************************************************************************
 
 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !