ASAN Xidmətin 18 əməkdaşı Koreyada təlimdə iştirak edəcək - + FOTO=5

ASAN Xidmətin 18 əməkdaşı Koreyada təlimdə iştirak edəcək + FOTO=5

Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin 18 rəsmisi Koreyada “Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin (ASAN) əməkdaşları üçün ictimai xidmət sahəsi üzrə potensialının artırılması”mövzusunda təlimdə iştirak edəcək.

2019-ci il 18 sentyabr – 5 oktyabr tarixlərində Koreyada təşkil olunacaq “Vətəndaşlara Xidmət və
Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin (ASAN) əməkdaşları üçün ictimai xidmət sahəsi üzrə potensialının artırılması” adlı Ölkə üzrə Spesifik KOICA Təlim Proqramında Azərbaycan Respublikasını təmsil edəcək ASAN Xidmətin 18 əməkdaşı üçün 10 sentyabr 2019-ci il tarixində Təqdimat Görüşü keçirilmişdi. Qeyd edək ki, Ölkə üzrə Proqramlar hər bir resipient qurum üçün ayrıca hazırlanır və həmin qurumun reallıqlarını və tələblərini özündə əks etdirir. ASAN Xidmət Ölkə üzrə KOICA Təlim Proqramından ilk yararlanan qurumdur və Təlim Proqramı 2017-2019-cu illəri əhatə etməklə 3 illik proqram kimi nəzərdə tutulur. 2017-2018-ci illərdə Proqramda ASAN Xidmətin ümumilikdə 36 əməkdaşı iştirak etmişdir və bu il Təlim Proqramının sonuncu ilidir.

Proqramın keçirilməsində əsas məqsədi ictimai xidmət keyfiyyətinin yaxşılaşdırılmasına yönəldilmiş hökumətin inzibati islahatlarını özündə əks etdirən mühazirələr və real örnəklər vasitəsilə Koreya hökumətinin dövlətidarəetmə sisteminə dair məlumatın bölüşülməsindən ibarətdir. Təlim Proqramını Koreya Universiteti həyata keçirəcəkdir və təlim müddətində Anti-Korrupsiya və Vətəndaş Hüquqları Komissiyası (ACRC),  İctimai Satınalmalar Xidməti (PPS), Seul Nəqliyyat Əməliyyat və İnformasiya Xidməti (TOPIS),  Milli İnformasiya Resursları Xidməti (NIRS),  Koreya İnternet və Təhlükəsizlik Təşkilatı (KISA) kimi bir sıra dövlət qurumlarına səfər nəzərdə tutulur.

Təqdimat Görüşü ərzində Təlim iştirakçılarına səyahət sığortası, KOICA-nın Qaydaları, Koreyanın mədəni aspektləri, mədəni və öyrədici ekskursiyalar, həmçinin Ölkə üzrə Təqdimat və Fəaliyyət Planının hazırlanmasında istiqamətlər, KOICA Məzunlar Assosiasiyasının fəaliyyəti və s. dair məlumat verildi.

Tədbirdə iştirak edən KOICA Azərbaycan Nümayəndəliyinin Ölkə üzrə Direktoru xanım Park Kumok iştirakçıları salamladı və sözügedən Təlim Proqramının onlar üçün produktiv və informativ olacağını ümid etdiyini bildirdi. O, təlim iştirakçılarının yeni biliklər qazanacağını və gələcəkdə Azərbaycanda ictimai xidmətin inkişaf etdirilməsində töhfə verəcəklərinə əmin olduğunu bildirdi. Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin Aparat Rəhbəri cənab Azad Cəfərli isə öz növbəsində uzunmüddətli dəstək və Azərbaycanda ictimai xidmət və informasiya texnologiyaları üzrə insan resurslarının inkişafı sahəsində əməkdaşlığın genişləndirilməsində aparılan səylərinə görə Koreya hökumətinə xüsusən də KOICA-ya öz minnətdarlığını bildirdi. 

*************************************************************************** 
T Ə D B İ R L Ə R İ N İ Z İ N
   V  İ  D  E  O  +   F  O  T  O    
ç ə k i l i ş i 
  M E D İ A  DƏSTƏYİ

Tədbirlərinizin video-foto çəkilişini aparmaqla və media dəstəyi kimi , xəbər saytlarımızda yayımlamaq üçün
S İ F A R İ Ş L Ə R       Q Ə B U L     E D İ R İ K !
( Qiymətlər 60 azn-dən başlayır. Ödənişlərə görə vöen-qəbz və ya elektron vöen qəbz verilir.)
 
Əlaqə üçün : Telefon + WhatsApp : 050 331 1111
AZpress.AZ  informasiya agentliyi
www.azpress.az
***************************************************************************
 
 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !