Akademik Akif Əlizadə elmi istiqamətlər üzrə elmi şuraların sədrləri ilə görüşüb - + FOTO=9

Akademik Akif Əlizadə elmi istiqamətlər üzrə elmi şuraların sədrləri ilə görüşüb + FOTO=9

AMEA Rəyasət Heyətində elmi istiqamətlər üzrə elmi şuraların sədrləri ilə görüş
keçirilib. Tədbirdə AMEA-nın vitse-prezidentləri, AMEA-nın akademik-katibi, elmi
istiqamətlər üzrə elmi şuraların sədrləri və elmi tədqiqatların koordinasiyası işinə məsul
olan şəxslər iştirak ediblər.
AMEA-nın prezidenti, akademik Akif Əlizadə tədbiri giriş sözü ilə açaraq bildirib ki,
akademiyada uzun illər fəaliyyət göstərən elmi şuraların əsas məqsədi elmin inkişafı ilə
bağlı qəbul edilən qərarların icrasını həyata keçirmək, yeni, yüksəkixtisaslı kadrlar
hazırlamaq, prioritet elmi istiqamətləri formalaşdırmaq olub.
Alimin sözlərinə görə, hazırda elmi-tədqiqat işlərinin əlaqələndirilməsi, müxtəlif elmi
strukturların birgə elmi tədqiqatlara cəlb edilməsi və onların işinin müasir səviyyədə
təşkilini nəzərdə tutan elmi şuraların yeni fəaliyyət planlarının hazırlanmasına dair işlər
davam etdirilir.
A.Əlizadə ötən il Nazirlər Kabinetinin qərarı ilə yaradılan Azərbaycan
Respublikasının Elmi Tədqiqatların Əlaqələndirilməsi Şurasının qarşısında duran əsas
vəzifələri xatırladıb. Bu vəzifələrin yerinə yetirilməsini təmin etmək məqsədilə elmi
istiqamətlər üzrə elmi şuraların yaradıldığını və onların sədrlərinin təyin edildiyini nəzərə
çatdırıb. Alim bundan sonra elmi şuraların 40-a yaxın yeni elmi istiqamətdə fəaliyyət
göstərəcəyini deyərək, bu istiqamətlər üzrə daha səmərəli nəticələrin əldə edilməsi
məqsədilə elmi şuralara müəyyən tapşırıqlar verib.
AMEA rəhbəri elmi mövzuların, aktual elmi problemlərin müvafiq istiqamətdə
fəaliyyət göstərən elmi şuralarda müzakirə olunmasının vacibliyini qeyd edib: “Hər bir
mövzu seçilərkən onun yeniliyinə, aktuallığına və elmi əhəmiyyətinə diqqət yetirilməlidir.
Bu məsələdə məsul şəxslər fəal olmalı, yeni təkliflər verməli, hər bir elmi işə məsuliyyətlə
yanaşmalıdırlar.”
Alim Azərbaycan elminin dünya elminin tələblərinə cavab verməsi üçün aktual,
prioritet istiqamətlərdə araşdırmaların aparılmasının vacibliyini vurğulayıb, elmi şuralarda
bu məsələ ilə bağlı geniş müzakirələrin aparılmasının məqsədəuyğun olduğunu deyib.
A.Əlizadə onu da əlavə edib ki, hazırda AMEA-nın iştirakı ilə ölkəmizdə fəaliyyət
göstərən elmi müəssisələrin akkreditasiyası haqqında əsasnamənin layihəsi hazırlanır.
Sonra akademik Əhliman Əmiraslanov, akademik Kamal Abdulla, akademik İradə
Hüseynova, akademik Rafael Hüseynov, AMEA-nın müxbir üzvü Bilal Bilalov, akademik
Şahin Mustafayev, AMEA-nın müxbir üzvü Bəxtiyar Əliyev, AMEA-nın müxbir üzvü Musa
Qasımlı, AMEA-nın müxbir üzvü Akif Musayev və AMEA-nın müxbir üzvü Nuru Bayramov
çıxış ediblər. İclasda dissertasiya mövzularından ibarət olan elekrton məlumat bazasının
hazırlanması, şuraların veb-saytlarının yaradılması, respublikanın elmi tədqiqat və ali

təhsil müəssisələrində elmi tədqiqatların əlaqələndirilməsi, elmi tədqiqatlarda təkrarçılığın
aradan qaldırılması kimi məsələlər müzakirə olunub.
Həmçinin, elmi şuraların tərkibinin formalaşdırılmasına, elmi şuraların nümunəvi
əsasnaməsinin layihəsinin təsdiq olunmasına və elmi şuraların gələcək fəaliyyətinin
təşkilinə dair fikir mübadiləsi aparılıb. 

*************************************************************************** 
T Ə D B İ R L Ə R İ N İ Z İ N
   V  İ  D  E  O  +   F  O  T  O    
ç ə k i l i ş i 
  M E D İ A  DƏSTƏYİ

Tədbirlərinizin video-foto çəkilişini aparmaqla və media dəstəyi kimi , xəbər saytlarımızda yayımlamaq üçün
S İ F A R İ Ş L Ə R       Q Ə B U L     E D İ R İ K !
( Qiymətlər 60 azn-dən başlayır. Ödənişlərə görə vöen-qəbz və ya elektron vöen qəbz verilir.)
 
Əlaqə üçün : Telefon + WhatsApp : 050 331 1111
AZpress.AZ  informasiya agentliyi
www.azpress.az
***************************************************************************
 
 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !