Qarabağ həqiqətləri nüfuzlu beynəlxalq jurnallarda -

Qarabağ həqiqətləri nüfuzlu beynəlxalq jurnallarda

Bakı Slavyan Universitetinin (BSU) Azərbaycanşünaslıq elmi-tədqiqat
laboratoriyasının müdiri, 1988-1989-cu illərdə Şuşa rayon polis idarəsinin rəisi,
1989-1991-ci illərdə isə Dağlıq Qarabağ Muxtar Vilayəti Daxili İşlər İdarəsinin
rəis müavini kimi çalışmış, ehtiyatda olan polkovnik Sadir Məmmədovun
Azərbaycan həqiqətlərini Avropa ictimaiyyətinə çatdırmaq məqsədilə Dağlıq
Qarabağ məsələlərinə həsr etdiyi məqlələri Polşa, Venesuela və Cənubi Koreyanın
qabaqcıl jurnallarında dərc olunub.
Sadir Məmmədovun “Beynəlxalq hüquq və Dağlıq Qarabağ müharibəsi: siyasi
aspektlərə münasibət” adlı məqaləsi Polşanın “Polona” jurnalının 385-ci
nömrəsində işıq üzü görüb. Müəllifin “Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ
münaqişəsi və müasir dövrdə təhlükəsizlik arxitekturasına yeni təhdidlər: çağırışlar
və cavablar” adlı məqaləsi Polşanın “Nowa Polityka Wschodnia” jurnalında,
Cənubi Koreyanın İnha Universitetinin “Multikulturalizm və təhsil” jurnalında,
Venesuela Respublikasının “Universidad del Zulian” nəşriyyatının çap etdiyi və
“Skopus” seriyasından olan  “Opsion” jurnalının 87-ci sayında da dərc olunub. On
yeddi səhifəlik məqalədə beynəlxalq təhlükəsizliyə yönələn təhdidlər və
transsərhəd təhlükələri tədqiq edilib. Müəllif öz fikir və düşüncələrini Ermənistan-
Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi prizmasından araşdırıb, sözügedən
münaqişənin ədalətli həllinin, Azərbaycanın ərazi bütövlüyünün bərpa
olunmasının dünyada baş verə biləcək təhlükələrin qarşısının alınmasında mühüm
rol oynaya biləcəyini qeyd edib.
Sadir Məmmədovun “Universidad del Zulian” nəşriyyatının çap etdiyi və
“Skopus” seriyasından olan  “Opsion” jurnalının son buraxılışında “Müasir dövrdə
beynəlxalq təhlükəsizlik arxitekturasına yeni təhdidlər” adlı ikinci məqaləsi dərc
olunub.
Hər üç məqalənin nüfuzlu beynəlxalq jurnallarda dərc olunması Azərbaycan
həqiqətlərinin dünyaya çatdırılması, erməni işğalçı və terrorçuluğunun ifşası
baxımından xüsusilə əhəmiyyətlidir və bütövlükdə ölkəmizin uğuru hesab edilə
bilər. 

*************************************************************************** 
T Ə D B İ R L Ə R İ N İ Z İ N
   V  İ  D  E  O  +   F  O  T  O    
ç ə k i l i ş i 
  M E D İ A  DƏSTƏYİ

Tədbirlərinizin video-foto çəkilişini aparmaqla və media dəstəyi kimi , xəbər saytlarımızda yayımlamaq üçün
S İ F A R İ Ş L Ə R       Q Ə B U L     E D İ R İ K !
( Qiymətlər 60 azn-dən başlayır. Ödənişlərə görə vöen-qəbz və ya elektron vöen qəbz verilir.)
 
Əlaqə üçün : Telefon + WhatsApp : 050 331 1111
AZpress.AZ  informasiya agentliyi
www.azpress.az
***************************************************************************
 
 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !