İstedadlı Quba məktəbliləri üçün yay düşərgəsi keçirilib - (+FOTO=6)

İstedadlı Quba məktəbliləri üçün yay düşərgəsi keçirilib (+FOTO=6)

 AZpress.AZ xəbər verir ki, Quba şəhər Azad Məmmədov adına şəhər 2 saylı məktəb-lisey tərəfindən reallaşdırılan layihə çərçivəsində 40 nəfər 8-9-10 və 11-ci sinif şagirdlərinin iştirakı ilə Qusar rayonunda 4 günlük yay düşərgəsi təşkil olunub. Düşərgədə Quba şəhər 1,2,4,5 saylı, Qəçrəş, İsnovqışlaq, Qaraçay, Hacıqayıb və Alekseyevka kəndlərində təhsil alan və müxtəlif fənn olimpiadalarında , müsabiqələrdə və ümumilikdə təhsildə fərqlənən şagirdlər iştirak edib.

Açılış mərasimində çıxış edənə layihənin rəhbəri və Quba şəhər 2 saylı məktəb-liseyin direktoru Eynulla Camalov layihənin məqsədləri barədə danışıb və layihəyə dəstək verdiklərinə görə Təhsil Naziriyinə təşəkkürünü bildiib.

40 nəfər şagird Azərbaycan istehsalı olan silahlarımızın adını daşıyan 4 qrupa – “Mübariz”, “İstiqlal”, “Yalquzaq” və “Şmşək” bölünərək 4 gün ərzində müxətlif əyləncəli və idman oyunları ilə yanaşı, peşəkar təlimçilər Etiram Sadıqzadə, Rüfət Əsədzadə və Ramin Mahmudov tərəfindən reallaşdırılan “Natiqlik”, “Ünsiyyət bacarıqları”, “Debat”, “Layihə təkliflərinin hazırlanması”, “Emosional intellekt” kimi mövzularda maarifləndiriliblər.

Qeyd edək ki, layihə Təhsil Nazirliyinin “Təhsildə inkişaf və innovasiyalar üzrə III qrant müsabiqəsi” çərçivəsində reallaşdırılıb.

 

*************************************************************************** 
T Ə D B İ R L Ə R İ N İ Z İ N
   V  İ  D  E  O  +   F  O  T  O    
ç ə k i l i ş i 
  M E D İ A  DƏSTƏYİ

Tədbirlərinizin video-foto çəkilişini aparmaqla və media dəstəyi kimi , xəbər saytlarımızda yayımlamaq üçün
S İ F A R İ Ş L Ə R       Q Ə B U L     E D İ R İ K !
( Qiymətlər 60 azn-dən başlayır. Ödənişlərə görə vöen-qəbz və ya elektron vöen qəbz verilir.)
 
Əlaqə üçün : Telefon + WhatsApp : 050 331 1111
AZpress.AZ  informasiya agentliyi
www.azpress.az
***************************************************************************
 
 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !