Gənclər təşkilatı İnsan kapitalı adlı layihənin icrasına başladı -

Gənclər təşkilatı “İnsan kapitalı” adlı layihənin icrasına başladı

"Gənclərin İnkişaf və Tərəqqisinə Dəstək" İctimai Birliyi “İnsan kapitalı” adlı layihə
çərçivəsində Hacıqabul, Sabirabad, Saatlı və Şirvanda təlimlər keçirəcəkdir.
Layihəni Azərbaycan Respublikasının Gənclər Fondunu  maliyyələşdirir.Layihənin
həyata keçirilməsində məqsəd regionlarda yaşayan gəncləri peşə təhsilinə cəlb etmək
yolu ilə bərabər imkanlar təmin etmək , bu sahədə təbliğat və maarifləndirmə işinin
aparılmasıdır.
Ümumilikdə 500 nəfər gənc birbaşa təlimlərdə iştirak edəcəkdir. Layihənin əsas
hədəf qrupu 14-29 yaş arası olan gənclərdir. Layihə çərçivəsində maarifləndirici nəşrlər
çap olunaraq paylanılacaqdır. Keçiriləcək təlimlər “təlimçilər üçün təlim” formatında
təşkil ediləcəkdir ki, gələcəkdə bu təlimləri uğurla bitirən gənclər digər insanlara də təlim
verməsi əsas məqsədlərimizdəndir. Bu həmdə, layihədən faydalanacaq gənclərin
sayının artırılması baxımından bu çox vacib faktordur.
Qeyd edək ki, insan kapitalı - insanın cəmiyyətdə özünürealizə və cəmiyyətin
imkanlarından tam istifadə etmək üçün biliyinin, bacarığının, peşəkarlığının cəmi hesab
olunur.Son 30-40 il ərzində elmi-texnoloji tərəqqi , innovasiyalar və modernləşmə
nəticəsində praktiki bilik və vərdişlərlə zənginləşməyən, sırf nəzəri xarakter daşıyan
təhsil öz fundamental əhəmiyyətini itirməkdədir. Bu baxımdan təhsilin məzmununun
formalaşmasında akademik biliklərlə yanaşı, praktik bilik və bacarıqların, səriştənin
vacibliyi önə çəkilir. Səriştə əldə olunmuş bilik və bacarıqları praktiki faəliyyətdə effektiv
və səmərəli tətbiq etmək qabiliyyətidir. O, şəxsin qazandığı bilik və bacarıqların konkret
faəliyyətin nəticəsinə çevirilməsini təmin edir. Praktikaya əsaslanan təhsil sosial-iqtisadi
inkişafa effektli xidmət göstərir. 

*************************************************************************** 
T Ə D B İ R L Ə R İ N İ Z İ N
   V  İ  D  E  O  +   F  O  T  O    
ç ə k i l i ş i 
  M E D İ A  DƏSTƏYİ

Tədbirlərinizin video-foto çəkilişini aparmaqla və media dəstəyi kimi , xəbər saytlarımızda yayımlamaq üçün
S İ F A R İ Ş L Ə R       Q Ə B U L     E D İ R İ K !
( Qiymətlər 60 azn-dən başlayır. Ödənişlərə görə vöen-qəbz və ya elektron vöen qəbz verilir.)
 
Əlaqə üçün : Telefon + WhatsApp : 050 331 1111
AZpress.AZ  informasiya agentliyi
www.azpress.az
***************************************************************************
 
 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !