Putinin dünyaya meydan oxuduğu raketlər hələki "göydə partlayır"... -

Putinin dünyaya meydan oxuduğu raketlər hələki "göydə partlayır"...

ABŞ kəşfiyyatı Rusiyanın yeni supersilahlarından biri-nüvə mühərriki ilə təchiz edilən, qeyri-məhdud uçuş məsafəsinə malik olan qanadlı “Burevestnik” raketinin sınaqlarının uğursuz keçdiyini bildirib.

CNBC telekanalı kəşfiyyatın həmin raketlə bağlı məruzəsinə çıxış əldə edib. Orada deyilir ki, 2017-ci ildən bəri raketin dalbadal sınaqları keçirilsə də hamısı uğursuz olub. Raketin azı beş dəfə sınaqdan keçirildiyi, onların heç birinin uğurlu olmadığı vurğulanır.

Sınaqlar 2017-ci ilin noyabrından 2018-ci ilin fevralına qədər aparılıb. Daha bir sınaq isə 2019-cu ildə keçirilib. Bütün hallarda raket qəzaya uğrayıb.

 

Mənbə bildirir ki, raketin ən uzunmüddətli uçuşu cəmi 2 dəqiqə çəkib, bu müddət ərzində “Burevestnik” 35 kilometrə yaxın məsafə qət edib. Ən qısa uçuş isə cəmi 4 saniyə çəkib, raket təxminən 2 kilometr uçduqdan sonra qəzaya uğrayıb. Bütün qəzaların səbəbi ondadır ki, raketi start mühərriki ilə işə salandan sonra havada onun əsas mühərrikini-mini nüvə reaktorunu işə salmaq mümkün olmayıb.

Bununla belə ABŞ kəşfiyyatı hesab edir ki, Rusiya “Burevestnik” raketi üzərində işi sürətləndirib və bu layihəyə kifayət qədər maliyyə vəsaiti ayırır. Məqsəd uzağı 2025-ci ilə qədər raketi hazır eləmək və silahlanmaya daxil etməkdir.

Xatırladaq ki, 2019-cu il avqustun 8-də Severodvinsk şəhəri ətrafındakı poliqonda müəmalı partlayış baş verib. Həmin partlayışda iki hərbçi və “Rosatom”un beş mütəxəssisi həlak olub. Rusiya Müdafiə Nazirliyi partlayışın “maye yanacaqla işləyən raket mühərrikinin sınaqları zamanı” baş verdiyini açıqlayıb. Lakin ABŞ kəşfiyyatı partlayışın “Burevestnik” raketinin nüvə mühərrikinin sınaqları zamanı baş verdiyini bildirib. 

*************************************************************************** 
T Ə D B İ R L Ə R İ N İ Z İ N
   V  İ  D  E  O  +   F  O  T  O    
ç ə k i l i ş i 
  M E D İ A  DƏSTƏYİ

Tədbirlərinizin video-foto çəkilişini aparmaqla və media dəstəyi kimi , xəbər saytlarımızda yayımlamaq üçün
S İ F A R İ Ş L Ə R       Q Ə B U L     E D İ R İ K !
( Qiymətlər 60 azn-dən başlayır. Ödənişlərə görə vöen-qəbz və ya elektron vöen qəbz verilir.)
 
Əlaqə üçün : Telefon + WhatsApp : 050 331 1111
AZpress.AZ  informasiya agentliyi
www.azpress.az
***************************************************************************
 
 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !