Ural Federal Universitetinin rektoru BDU-da olub - + FOTO=7

Ural Federal Universitetinin rektoru BDU-da olub + FOTO=7

Bakı Dövlət Universitetində Ural Federal Universitetinin rektoru Viktor
Kokşarovla görüş keçirilib. Rektor Elçin Babayev sentyabrın 11-də Bakı Biznes
Mərkəzində tərəflər arasında imzalanan anlaşma memorandumunun əhəmiyyətini
qeyd edərək onun müəllim və tələbələrin gələcək inkişafında xüsusi rol
oynayacağını bildirib.
BDU-nun təhsil, tədqiqat, innovasiya və elmi biliklərin
kommersiyalaşdırılması, sosial həyat və beynəlxalq əlaqələrin daha da
təkmilləşdirilməsi istiqamətində görülən işlərdən danışan rektor Elçin Babayev,
eyni zamanda, onun 100 illik yubileyi haqqında məlumat verib. Yubiley
tədbirlərinin UNESCO-nun Parisdəki Baş qərargahında və Vyanada Azərbaycan
Mədəniyyət Mərkəzində qeyd edildiyini diqqətə çatdıran rektor ölkədə və xaricdə
çoxsaylı elmi, mədəni, kütləvi tədbirlərin keçirilməsinin nəzərdə tutulduğunu qeyd
edərək qonaqları noyabr ayında keçiriləcək 100 illik yubileyə dəvət edib.
Təbiət, humanitar elmlər və iqtisadiyyat sahəsi üzrə 35 mindən çox tələbəsi
olan Ural Federal Universiteti haqqında məlumat verən rektor Viktor Kokşarov
onun müasir ali təhsil ocağı kimi beynəlxalq əlaqələrdə çoxşaxəli sferalara malik
olduğunu bildirib. Rektor Bakı Dövlət Universiteti ilə imzalanan memorandumun
əməkdaşlığın inkişafına verəcəyi faydalardan danışıb.
Görüşdə “ikili diplom”, beynəlxalq reytinq təşkilatları ilə əməkdaşlıq
məsələləri də müzakirə edilib.
Qeyd edək ki, İqtisadiyyat naziri Şahin Mustafayev və Rusiyanın Sverdlovsk
vilayətinin qubernatoru Yevgeni Kuyvaşevin rəhbərliyi ilə keçirilən Azərbaycan-
Rusiya nümayəndə heyətlərinin işgüzar görüşü zamanı imazalanan anlaşma
memorandumunda peqadoji və elmi işçilərin, tələbə, magistr və doktorantların
mübadiləsi, BDU tələbələrinin Ural Federal Universitetinin doktorantura
proqramlarına qəbul ediməsi, müəllimlərin ixtisaslarının artırılmasına qarşılıqlı
yardım, qabaqcıl inkişaf metodları sahəsində təcrübə mübadiləsi, bu ali təhsil
müəssisəsinin Azərbaycanşünaslıq Mərkəzi ilə əməkdaşlıq, ikitərəfli birgə elmi
simpozium, seminar və konfransların təşkili, qarşılıqlı maraq doğuran proqram və
layihələrdə birgə iştirak nəzərdə tutulur. 

 
 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !