Akademiyaya tələbə qəbulu ikiqat artıb -

Akademiyaya tələbə qəbulu ikiqat artıb

Akademiyaya tələbə qəbulu ikiqat artıb. Bu sözləri Gömrük Akademiyasının rəisi Qulu Novruzov deyib.
Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin Akademiyasına 2019/2020-ci tədris ili
üzrə tələbə qəbulu ikiqat artıb. Bu sözləri Akademiyanın rəisi Qulu Novruzov deyib. Akademiya
rəisi bildirib ki, 2014/2015-ci tədris ilində Akademiyaya ilk dəfə tələbə qəbulu həyata keçirilib
və həmin il “Hüquqşünaslıq” ixtisası və “İqtisadiyyat” ixtisası üzrə 22 nəfər olmaqla,
ümumilikdə 44 nəfər tələbə qəbul olub.
“2019/2020-ci tədris ilində Akademiyaya “Hüquqşünaslıq” ixtisası və “İqtisadiyyat” ixtisası
üzrə 44, o cümlədən bu tədris ilindən başlayaraq ilk dəfə tələbə qəbulu aparılan yeni
yaradılmış “İnformasiya təhlükəsizliyi” ixtisası üzrə 22 yer ayrılıb. Beləliklə, bu il
Akademiyaya qəbul ikiqat artırılaraq I kurs tələbələrinin sayı 120 nəfərə çatıb. Bununla
yanaşı, 2019/2020-ci tədris ilində Akademiyanın ilk dəfə olaraq magistratura pilləsinə də
qəbul aparılıb. Magistratura pilləsinə qəbul “Gömrük işi” və “Beynəlxalq hüquq” ixtisasları
üzrə həyata keçirilib”
– deyə o, qeyd edib.
“İnformasiya təhlükəsizliyi” ixtisası ilə bağlı danışan Qulu Novruzov diqqətə çatdırıb ki,
gömrük orqanlarında elektron xidmətin tətbiqi, sistemin elektronlaşması bu ixtisasa yiyələnmiş
peşəkar kadrlara ehtiyacı zəruri edir. “Bu ehtiyacı qarşılamaq məqsədilə Akademiya gömrük
orqanlarında çalışmaq üçün peşəkar kadr hazırlığını həyata keçirir”
– deyə Akademiya rəisi
vurğulayıb. 

*************************************************************************** 
T Ə D B İ R L Ə R İ N İ Z İ N
   V  İ  D  E  O  +   F  O  T  O    
ç ə k i l i ş i 
  M E D İ A  DƏSTƏYİ

Tədbirlərinizin video-foto çəkilişini aparmaqla və media dəstəyi kimi , xəbər saytlarımızda yayımlamaq üçün
S İ F A R İ Ş L Ə R       Q Ə B U L     E D İ R İ K !
( Qiymətlər 60 azn-dən başlayır. Ödənişlərə görə vöen-qəbz və ya elektron vöen qəbz verilir.)
 
Əlaqə üçün : Telefon + WhatsApp : 050 331 1111
AZpress.AZ  informasiya agentliyi
www.azpress.az
***************************************************************************
 
 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !