Orxan Quliyev: - Ölkəmizin inkişafında hər bir gəncin əməyi olmalıdır

Orxan Quliyev: Ölkəmizin inkişafında hər bir gəncin əməyi olmalıdır

 Bu yazımla oxucuların nəzərinə İnsan Resursları şöbəsinin rəisi olaraq bəzi məqamları çatdırmaq istərdim. Şöbəmiz ay ərzində email və yaxınlaşaraq müraciət olunan cv - ləri toparlayaraq ayda 3 - 5 dəfə müsahibə keçirdir. Bizimlə çalışmaq istəyən mütəxəssislərin cv - ləri və digər sənədləri bazaya yerləşdirilərək vakansiya olduğu halda çox rahatlıqla müraciət etdikləri sahə üzrə işə dəvət olunurlar. Biz müsahibə zamanı müraciət etdiyi sahəyə olan sevgisini ilk öncə öyrənirik. İnsan sevdiyi sahədə çalışan zaman həmən sahənin çətinlikləri onu qorxutmur və o kəs asanlıqla işinin öhtəsindən gəlir.

Bizim müəssisədə daha çox gənclər çalışdığından işə götürülənlərin mütləq əksəriyyəti gənclərdir. Biz müsahibə zamanı ən çox çətinlik çəkdiyimiz məqam gənclərdəki müraciət edib lakin işləmək istəməmələri çox qəribə bir təəssürat yaradır. İllərdir çəkdiyin əziyyət ali və ya orta ixtisas təhsili almaqla bu gün öz peşən üzrə çalışmaq üçün müraciət edib lakin işləmək istəməmək kimi yanaşmalar qəbul olunmayandır.

Bu gün respublikamızın iqtisadiyyatının inkişafı yeni - yeni iş yerlərinin açılması ilə özünü sübut edir. Bununla da işsizlik aradan qaldırılır, insanların rifahı yüksəlir. Respublika prezidenti Cənab İlham Əliyevin fəaliyyəti nəticəsində bu gün Azərbaycanda işləmək üçün bütün şərait yaradılmışdır. İstər dövlət müəssisələrində istərsə də özəl müəssisələrdə çalışmaq üçün uyğun şərait mövcuddur.

Bu gün hər birimiz öz sahəmizdə məsuliyyətlə və vicdanla çalışaraq dövlətimizin və prezidentimizin ətrafında olmalıyıq.

Orxan Quliyev

*************************************************************************** 
T Ə D B İ R L Ə R İ N İ Z İ N
   V  İ  D  E  O  +   F  O  T  O    
ç ə k i l i ş i 
  M E D İ A  DƏSTƏYİ

Tədbirlərinizin video-foto çəkilişini aparmaqla və media dəstəyi kimi , xəbər saytlarımızda yayımlamaq üçün
S İ F A R İ Ş L Ə R       Q Ə B U L     E D İ R İ K !
( Qiymətlər 60 azn-dən başlayır. Ödənişlərə görə vöen-qəbz və ya elektron vöen qəbz verilir.)
 
Əlaqə üçün : Telefon + WhatsApp : 050 331 1111
AZpress.AZ  informasiya agentliyi
www.azpress.az
***************************************************************************
 
 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !