İradə Gülməmmədova Qobu qəsəbə sakinlərilə görüşdü - (+FOTO=8)

İradə Gülməmmədova Qobu qəsəbə sakinlərilə görüşdü (+FOTO=8)

 AZpress.AZ xəbər verir ki, Abşeron Rayon İcra Hakimiyyətinin başçısı İradə Gülməmmədovanın rayonun Qobu qəsəbəsində sakinlərlə növbəti səyyar qəbul-görüşü keçirilib. Görüşdən əvvəl qəsəbədəki “Şəhidlər Abidəsi”nə baş çəkilib və abidənin önünə çiçəklər düzülüb. Bundan sonra şəhid Qəribov Amil Arif oğlunun adına yeni inşa olunan abidə-bulaq kompleksinə baxış keçirilib, tər çiçəklər düzülərək şəhidin ruhuna dualar oxunub. Sonra şəhidin anası Şəfiqə Qəribova icra başçısını evinə dəvət edib. İ.Gülməmmədova şəhidin anasının problemləri, qayğıları ilə maraqlanıb.

Daha sonra Qobu Mədəniyyət Evində baş tutan görüşdə rayonun hüquq mühafizə orqanlarının, dövlət idarə, müəssisə və təşkilatlarının, xidmət sahələrinin rəhbərləri və qəsəbə sakinləri iştirak edib.

RİH başçısı İ.Gülməmmədova son illərdə rayonda və Qobu qəsəbəsində görülən işlərdən danışıb. Qəsəbənin günü-gündən böyüdüyünü, əhalisinin sayının artdığını qeyd edən başçı bununla əlaqədar olaraq lazimi tədbirlərin görüldüyünü, qarşıya çıxan ehtiyacların qarşılanması istiqamətində layihələrin həyata keçirildiyini bildirib.

Abşeron RİH başçısının Qobu qəsəbə inzibati ərazi dairəsi üzrə nümayəndəsi Vüqar Daşdıyev, Qobu bələdiyyəsinin sədri Araz Nəcəfov hesabat xarakterli çıxış edərək gördükləri iş, həyata keçirdikləri abadlıq-quruculuq tədbirləri barəsində məlumat veriblər.

Qəbula gələn sakinlər keçən görüşdən sonra qəsəbədə abadlıq-quruculuq işlərin aparıldığını, qaldırılan problemlərin həll olunduğunu bildiriblər. Bununla yanaşı yeni salınan yaşayış massivlərinə telefon xəttinin çəkilməsində, daxili yolların abadlaşdırılmasında və digər məsələlərlə bağlı köməklik göstərilməsini xahiş ediblər.

Sakinlər tərəfindən qaldırılan məsələlərin mümkünləri yerindəcə həll olunub, müəyyən vaxt və vəsait tələb edən digər məsələlərin həlli istiqamətində isə müvafiq tapşırıqlar verilib.

 

*************************************************************************** 
T Ə D B İ R L Ə R İ N İ Z İ N
   V  İ  D  E  O  +   F  O  T  O    
ç ə k i l i ş i 
  M E D İ A  DƏSTƏYİ

Tədbirlərinizin video-foto çəkilişini aparmaqla və media dəstəyi kimi , xəbər saytlarımızda yayımlamaq üçün
S İ F A R İ Ş L Ə R       Q Ə B U L     E D İ R İ K !
( Qiymətlər 60 azn-dən başlayır. Ödənişlərə görə vöen-qəbz və ya elektron vöen qəbz verilir.)
 
Əlaqə üçün : Telefon + WhatsApp : 050 331 1111
AZpress.AZ  informasiya agentliyi
www.azpress.az
***************************************************************************
 
 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !