6 saylı uşaq musiqi məktəbinin uğurlu direktoru -

6 saylı uşaq musiqi məktəbinin uğurlu direktoru

 AZpress.AZ xəbər verir ki, Azərbaycan opera səhnəsinin Karmeni  Əhməd Bakıxanov adına 6 saylı uşaq musiqi məktəbinə direktor təyin olundu.

Qeyd edək ki, Fidan Hacıyeva professor Hüseyn Əliyevin tələbəsi olub. Opera müğənnisi, xalq artisti Fidan Hacıyeva 1996- cı ildən Azərbaycan Dövlət Opera və Balet teatrının solistidir. 2002 –ci ildə İtaliyanın Kidjiano Akademiyasında keçirilən Beynəlxalq müsabiqənin qalibi olub. 2006 –cı ildə “Azərbaycan Respublikasının Əməkdar Artisti” adını alıb. 2006, 2007 və 2008 –ci illərdə Azərbaycan Respublikası Prezidentinin fəxri mükafatı ilə təltif olunub. 2010 –cu ildə Roma musiqi Akademiyasının peşəkar vokal ifaçılarının müsabiqəsinin qalibi olub. 2015 –ci ildə “Xalq Artisti” adına layiq görülüb. 2016 –ci ildə isə “Fidan” musiqi məktəbini yaradıb. 

Fidan Hacıyevanın 6 saylı uşaq musiqi məktəbinə direktor təyin olunması, həmin məktəbin müəllimləri tərəfindən çox böyük sevinc və qürur hissi ilə qarşılanıb. Xalq artisti tərəfindən idarə olunacaq bir məktəbin bu illər uzunu qazanacağı uğur və nailiyyətləri, müəllimlərin Fidan xanimla ilk tanışliq iclasından bəlli oldu. Məktəbin rəhbərliyində müvəffəqiyyətli bir proffessional nəfəsin olması bütün müəllim kollektivini ruhlandırıb. Artıq müəllimlər, il ərzində keçiriləcək konsertlərdən, konkurslara çıxarılacaq uşaqlardan çox böyük həvəslə danışırlar. Müəllimlər arasında çox böyük həvəs və sağlam rəqabət ilk günlərdən hiss olunur.

Həmin məktəbin müəlliməsi olaraq, gözəl səsli xalq artistimizə, hamının sevimlisi Fidan xanıma yeni işində uğurlar arzu edirəm.

 

Samirə Sadıqova

 

*************************************************************************** 
T Ə D B İ R L Ə R İ N İ Z İ N
   V  İ  D  E  O  +   F  O  T  O    
ç ə k i l i ş i 
  M E D İ A  DƏSTƏYİ

Tədbirlərinizin video-foto çəkilişini aparmaqla və media dəstəyi kimi , xəbər saytlarımızda yayımlamaq üçün
S İ F A R İ Ş L Ə R       Q Ə B U L     E D İ R İ K !
( Qiymətlər 60 azn-dən başlayır. Ödənişlərə görə vöen-qəbz və ya elektron vöen qəbz verilir.)
 
Əlaqə üçün : Telefon + WhatsApp : 050 331 1111
AZpress.AZ  informasiya agentliyi
www.azpress.az
***************************************************************************
 
 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !