Yelkənli İdman Federasiyası Federasiya kubokuna start verib - + FOTO=86 ( Rüstəm Fərman - AZpress.AZ )

Yelkənli İdman Federasiyası Federasiya kubokuna start verib + FOTO=86 ( Rüstəm Fərman - AZpress.AZ )

Yelkənli İdman Federasiyası (SFA) sentyabr ayının 13 – 15-i tarixlərində Federasiya kubokuna start verib. Yarış, Yelkənli İdman Federasiyasının yelkənçiləri, “Xəzər Dəniz Gəmiçiliyi” Qapalı Səhmdar Cəmiyyəti “Xəzər Yelkənli Qayırlar İdman Klubu və “Dənizçi” Yelkən İdman klubunun yelkənçiləri arasında keçirilib.
Optimist, Laser4.7, Laser Radial, Laser Standart sinifləri üzrə keçirilən yarışlarda 30 idmançı iştirak edib. İdmançılardan 18 nəfəri Optimist sinifi, 5 nəfəri Laser4.7, 3 nəfəri Laser Radial, 4 nəfəri isə Laser Standart sinifi üzrə iştirak edirdi.
Gün ərzində ən azı 3 dəfə açıq dənizə çıxan yelkənçilər Federasiya Kuboku uğrunda gərgin mübarizə aparıblar. Peşəkar idmançıların iştirakı ilə keçirilən yarışda çətin hava şəraitində yüksək bacarıq nümayiş etdirilib. Yelkənçilərin göstərdikləri şücaət, nümayiş etdirdikləri professionallıq məşqçi və hakimlərin rəğbəti ilə qarşılanıb.
Yarışın son günü qaliblərin mükafatlandırma mərasimi keçirildi. Yarış, Yelkənli İdman Federasiyasının idman meneceri Burcu Algon Giorgianninin baş hakimliyi, Federasiyasının baş məşqçiləri Seyhun Yıldız, Tuğçə Subaşının, məşqçi Anton Vilyayevin, “Xəzər Dəniz Gəmiçiliyi” Qapalı Səhmdar Cəmiyyəti “Xəzər Yelkənli Qayırlar İdman Klubunun direktoru Tatyana Srebnayanın hakimliyi ilə reallaşdırılıb.
Mükafatandırma mərasimində yay məktəbində iştirak edərək məşqlər zamanı yüksək nəticə əldə edən iştirakçılara da sertifikatlar və hədiyyələr təqdim olundu. Qeyd edək ki, Yelkənli İdman Federasiyasının (SFA) 3 ay ərzində təşkil etdiyi yay məktəbində 16 uşaq iştirak etmişdi. Bunlardan 7 nəfər isə yüksək nəticə göstərə bilmişdi.
Daha sonra yarışın qalibləri mükafatlandırıldı.
Yarışın nəticələrinə görə, Optimist sinifi üzrə Murad Hacı-Zadə (SFA) 1 ci yer, Ayla Babayeva (SFA) 2 – ci yer, Fidan Ağazadə (SFA) 3 yerin qalibi olub.
Optimist sinifi qızlar arasında keçirilən yarışda Ayla Babayeva (SFA) 1 – ci yer, Fidan Ağazadə (SFA) 2 – ci yer, Kristina Kərimova (SFA) 3 – cü yerin qalibi olub.
Laser4.7 sinifi üzrə yelkənçilər Murad Allahverdi (SFA) 1 – ci yer, İsmayıl Kərimov (SFA) 2 – ci yer, Fərid Cəfərov (Dənizçi) isə 3 – yerin qalibi olub.
Laser Radial sinifi üzrə Cavid Kərimov (SFA) 1 – ci yer, Aslan Məmmədov (Xəzər) 2 – ci yer, Rauf Abdullayev (Xəzər) 3 – yerin qalibi olub.
Laser Standart sinifi üzrə Mixail Protasov (Xəzər) 1 – ci yer, Nikita Vilayev (Dənizçi) 2 – ci yer, Vaqif Qasımov (Xəzər) 3 – cü yerin qalibi olub.
Dünya çempionatlarında fotoreportajların hazırlanlamasında yaxından iştirak edən peşəkar fotoqraf Joao Kosta Ferreira Bakıda keçirilən yelkən yarışında qonaq qismində iştirak edib. Bu dəfə cənab Joao Kosta Ferreria Azərtbaycanda keçirilən yelkən yarışından maraqlı, diqqətçəkən fotoreportajlar hazırlayıb.
Qeyd edək ki, beynəlxalq yarışlarda ölkəmizi uğurla təmsil edən yelkənçilərimiz dəfələrlə ölkə xaricində təşkil olunan təlim – məşq düşərgələrində iştirak ediblər. Təlim – məşq düşərgələrində iştirakın əsas məqsədi idmançılarımızın beynəlxalq yarışlara hazırlıqlarının təkmilləşdirilməsi, onların taktiki biliklərinin artırılması və müxtəlif hava şəraitlərində yarış təcrübələrinin daha da gücləndirilməsidir.
Xatırladaq ki, aktiv bazası 2014 – cü ildən etibarən fəaliyyətə başlayan Azərbaycan Yelkənli İdman Federasiyasının əsas məqsədi hər zaman maddi texniki bazanı gücləndirmək, məşqçi korpusunu formalaşdırılmaq, Azərbaycan Respublikasının Təhsil Nazirliyi ilə birgə əməkdaşlıq çərçivəsində “Optimist” sinfi üzrə 7 - 14 yaş uşaqlar, “Laser” sinfi üzrə isə 14 yaşdan yuxarı yeniyetmələri bu idman növünə cəlb etməkdir. Bu siniflər üzrə ayrı – ayrılıqda, xaricdən dəvət edilən 2 baş məşqçi fəaliyyət göstərir. Məhz xaricdən dəvət edilən idman menecerləri, yüksək göstəricilərə malik mütəxəsislərin köməyi ilə komandaların məşqləri keçirilir.
Müsahibə verdi: Yelkənli İdman Federasiyasının idman meneceri Burcu Algon Giorgianni 

*************************************************************************** 
T Ə D B İ R L Ə R İ N İ Z İ N
   V  İ  D  E  O  +   F  O  T  O    
ç ə k i l i ş i 
  M E D İ A  DƏSTƏYİ

Tədbirlərinizin video-foto çəkilişini aparmaqla və media dəstəyi kimi , xəbər saytlarımızda yayımlamaq üçün
S İ F A R İ Ş L Ə R       Q Ə B U L     E D İ R İ K !
( Qiymətlər 60 azn-dən başlayır. Ödənişlərə görə vöen-qəbz və ya elektron vöen qəbz verilir.)
 
Əlaqə üçün : Telefon + WhatsApp : 050 331 1111
AZpress.AZ  informasiya agentliyi
www.azpress.az
***************************************************************************
 
 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !