Kiyev – Peçora böyük monastrı-Tarix və müasirlik adlı bədii foto sərgisi - + FOTO=15 ( B.Əqdəs - AZpress.AZ )

“Kiyev – Peçora böyük monastrı-Tarix və müasirlik “ adlı bədii foto sərgisi + FOTO=15 ( B.Əqdəs - AZpress.AZ )

Kiyev-Peçora Milli Tarix-Mədəniyyət Qoruğunun “Kiyev-Peçora böyük monastrı. Tarix və müasirlik” adlı səyyar bədii foto sərgisi Ukraynanın Azərbaycandakı Səfirliyin və Sumqayıtdakı İ.Franko adına Ukrayna ictimai təşkilatının dəstəyi ilə ilk dəfə “İçərişəhər” Muzey Mərkəzinin Fotoqrafiya Evində sərgiləndi.

Kiyev-Peçora Milli Tarix-Mədəniyyət Qoruğu Ukraynanın görkəmli müqəddəs yerlərindən birinin - Kiyev-Peçora boyuk monastırının XIX, XX və hazırkı XXI əsrdəki retrospektiv – keçmiş və müasir fotolarını nümayiş edilib.

Kiyev-Peçora böyük monastrının tarixi onlarla yüzillikləri əhatə edir. Ilk dəfə onun adı 1051-ci ilin salnaməsində çəkilir. Kiyev təpələri altındakı mağaralarda monastırın əsasını qoymuş iqamətgah sakinləri, özlərinin təkcə mənəvi fədakarlıqları ilə məşhurlaşmamışdılar, həm də müasir Ukrayna sivilizasiyasının inkişafında tutarlı rol oynamışdılar. Məhz Peçora monastrında milli tarix elminin bünövrəsini qoymuş salnaməçilik yaranmış, burada ucaldılmış məbədlər sonrakı kilsə inşaatı üçün örnək olmuşdur. Bu torpaqlarda yaradılmış ikonalar isə ikonaçəkmə sənətinin inkişafında əhəmiyyətli rol oynamişdır. Buradaca, Kiyev Rus torpağında məlum birinci xəsrəxananın əsası qoyulmuşdur.

Sərgidə təqdim edilən fotolar Kiyev-Peçora monastr ansamblının əsasən memarlığından danışır. Kompleks XI və XX əsrədək müxtəlif dövrləri əhatə edən 140 milli mədəni irs abidəsini, o cümlədən iki mağara kompleksini özünə daxil edir. Kiyev-Peçora monastırı özünün çoxəsrlik tarixində işğalçılar tərəfindən dəfələrlə dağıdılmışdır. Təbii fəlakətlər də ondan yan keçməmişdir. Xüsusilə XX əsrdə monastırın tale payına ağır sınaqlar düşmüşdür. Fotolarda II dünya müharibəsi zamanı Kiyev-Peçora monastırı memarlıq kompleksinin müstəsna əhəmiyyati nəzərə alınaraq, abıdələrin Ümumdünya mədəni irs Siyahısına daxil edilmişdir.

Kiyev-Peçora monastırının görməli yerlərinin orta əsrlərdə necə olması barədə bugünkü gün dəqiq məlumat yoxdur. Yazılı dəlil və rəsmlər, yalnız ümumi mənzərə yaradır. XIX əsrin ortalarında fotoqrafiyanın meydana gəlməsi sayəsində, biz artiq “sənədləşdirilmiş” vizual tarixi görürük. Sərgidə Kiyev-Peçora monastırının XIX əsrin 70-80-ci illərindəki ilk məlum fotoları ilə yanaşı, müasir görüntüləri də təqdim edilir.

Sərginin planı : Bakı - 13-26 sentyabr 2019-cu il – Bakı Fotoqrafiya Evi ;

Sumqayit 28sentyabr – 5 oktyabr 2019-cu il – Sumqayit şəhərinin Tarix Muzeyi  

*************************************************************************** 
T Ə D B İ R L Ə R İ N İ Z İ N
   V  İ  D  E  O  +   F  O  T  O    
ç ə k i l i ş i 
  M E D İ A  DƏSTƏYİ

Tədbirlərinizin video-foto çəkilişini aparmaqla və media dəstəyi kimi , xəbər saytlarımızda yayımlamaq üçün
S İ F A R İ Ş L Ə R       Q Ə B U L     E D İ R İ K !
( Qiymətlər 60 azn-dən başlayır. Ödənişlərə görə vöen-qəbz və ya elektron vöen qəbz verilir.)
 
Əlaqə üçün : Telefon + WhatsApp : 050 331 1111
AZpress.AZ  informasiya agentliyi
www.azpress.az
***************************************************************************
 
 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !