Polis əməkdaşları balacalara dərs ləvazimatları verdilər - + FOTO=17 ( Azpress.AZ Mais Ibrahimov, Ağcabədi )

Polis əməkdaşları balacalara dərs ləvazimatları verdilər + FOTO=17 ( Azpress.AZ Mais Ibrahimov, Ağcabədi )

Polis əməkdaşları "İnklüziv Təhsil və Uşaq İnkişaf Mərkəzi"-ndə balacalara dərs ləvazimatları veriblər. AZpress.AZ- ın bölgə müxbiri xəbər verir ki,  GTM Qarabağ ofisi nəzdində fəaliyyət
göstərən "İnklüziv Təhsil və Uşaq İnkişaf Mərkəzi"-ndə 15 sentyabr "Bilik günü"
münasibətilə "Hər kəs üçün təhsil" kampaniyası çərçivəsində  Azərbaycan Respublikasi
Daxili İşlər Nazirliyi Ağcabədi Rayon Polis Şöbəsi əməkdaşlarının iştirakı ilə görüş
keçiilmişdir. Mərkəzin fəaliyyəti ilə yaxından tanış olan qonaqlar mərkəzin fəaliyyətini
yüksək dəyərləndirdilər. Ağcabədi rayon Polis Şöbəsi rəisinin şəxsi heyətlə iş üzrə
köməkçisi polis mayoru Məlikov Tural Ağcabədi rayon Polis şöbəsinin rəisi Polis
polkovnik-leytenantı Ənvər Həsənov başda olmaqla bütün polis əməkdaşları
adından qarşıdan gələn “Bilik Günü” münasibəti ilə şagirdləri təbrik edərək, onlara yeni
dərs ilində uğurlar dilədi. Həmçinin qeyd etdi ki, belə tədbirlər artıq ənənəyə çevrilib.
Uşaqların bütün sahələrdə inkişafını təmin etmək üçün dövlətimiz tərəfindən hər cür
şərait yaradılıb. Sonra dəyərli polislərimiz tərəfindən 15 sentyabr "Bilik günü"
münasibətilə mərkəzimizin balacaları dərs ləvazimatları ilə təmin edildi.

*************************************************************************** 
T Ə D B İ R L Ə R İ N İ Z İ N
   V  İ  D  E  O  +   F  O  T  O    
ç ə k i l i ş i 
  M E D İ A  DƏSTƏYİ

Tədbirlərinizin video-foto çəkilişini aparmaqla və media dəstəyi kimi , xəbər saytlarımızda yayımlamaq üçün
S İ F A R İ Ş L Ə R       Q Ə B U L     E D İ R İ K !
( Qiymətlər 60 azn-dən başlayır. Ödənişlərə görə vöen-qəbz və ya elektron vöen qəbz verilir.)
 
Əlaqə üçün : Telefon + WhatsApp : 050 331 1111
AZpress.AZ  informasiya agentliyi
www.azpress.az
***************************************************************************
 
 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !