Ağcabədi rayonundakı bütün məktəblərdə "Bilik günü" qeyd edildi - + FOTO=29 (Azpress.AZ Mais Ibrahimov, Ağcabədi )

Ağcabədi rayonundakı bütün məktəblərdə "Bilik günü" qeyd edildi + FOTO=29 (Azpress.AZ Mais Ibrahimov, Ağcabədi )

AZpress.AZ- ın bölgə müxbiri xəbər verir ki, 15 sentyabr yeni tədris ilinin başlanması - Bilik
günü respublikamızın bütün bölgələrində olduğu kimi cəbhə bölgəsində yerləşən Ağcabədi
rayonunda da qeyd olundu.Rayon İcra Hakimiyyətinin başçısı Şahin Məmmədov 15 sentyabr - bilik
günü münasibəti ilə Ağcabədi şəhər Məmməd Aranlı adına 11 saylı tam orta məktəbdə olub,
məktəbin müəllim, şagird kollektivi və valideynlərlə görüşüb. Şagirdləri “Bilik günü” münasibəti ilə
təbrik edən Şahin Məmmədov Azərbaycanda həyata keçirilən təhsil siyasətindən söz açıb, görülən
işlərdən, əldə olunan naliyyətlərdən danışıb.Cənab Prezident İlham Əliyevin diqqət və qayğısı
nəticəsində Azərbaycanın hər bir guşəsində yeni məktəblərin tikilərək istifadəyə verildiyini qeyd edən
başçı bildirib ki, təhsil səviyyəsinin daha da yüksəldilməsi dövlətin qarşıya qoyduğu əsas
hədəflərdən biridir.Ağcabədi məktəblərinin də uğurlarının günü-gündən artdığını vurğulayan natiq
bildirib ki, bu il rayon məktəblərini bitirən məzunların 453 nəfəri ali təhsil ocaqlarına qəbul olub.Natiq
onu da qeyd edib ki, dövlət tərəfindən təhsilə göstərilən diqqət və qayğının nəticəsidir ki,
rayonumuzun şagirdləri ildən ilə ali məktəblərə keçirilən qəbul imtahanlarında yüksək nəticələr əldə
edirlər. Daha sonra birinci sinifə qədəm qoyan şagirdləri bir daha təbrik edib, onlara uğurlar
arzulayıb. Şahin Məmmədov məktəblilərə elmə, biliyə daha dərindən yiyələnməyi tövsiyə edib.
  Çıxış edənlər ölkəmizdə Ulu öndər Heydər Əliyevin əsasını qoyduğu milli təhsil strategiyasının
Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilməsindən, respublikamızda, o cümlədən,
Ağcabədi rayonunda təhsilə göstərilən diqqət və qayğıdan, bu  sahənin maddi-texniki bazasının
möhkəmləndirilməsi üçün həyata keçirilən tədbirlərdən danışıblar.
  Müəllimlər və valideynlər göstərdiyi diqqət və qayğıya görə ölkə başçısı İlham Əliyevə və Birinci
vitse-prezident Mehriban Əliyevaya minnətdarlıqlarını bildiriblər. 

*************************************************************************** 
T Ə D B İ R L Ə R İ N İ Z İ N
   V  İ  D  E  O  +   F  O  T  O    
ç ə k i l i ş i 
  M E D İ A  DƏSTƏYİ

Tədbirlərinizin video-foto çəkilişini aparmaqla və media dəstəyi kimi , xəbər saytlarımızda yayımlamaq üçün
S İ F A R İ Ş L Ə R       Q Ə B U L     E D İ R İ K !
( Qiymətlər 60 azn-dən başlayır. Ödənişlərə görə vöen-qəbz və ya elektron vöen qəbz verilir.)
 
Əlaqə üçün : Telefon + WhatsApp : 050 331 1111
AZpress.AZ  informasiya agentliyi
www.azpress.az
***************************************************************************
 
 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !