Qara Qarayev adına Mərkəzi İncəsənət Məktəbində təmirdən sonra bilik günü keçirildi - + FOTO=40 ( Rüstəm Fərman - AZpress.AZ)

Qara Qarayev adına Mərkəzi İncəsənət Məktəbində təmirdən sonra bilik günü keçirildi + FOTO=40 ( Rüstəm Fərman - AZpress.AZ)

Sentyabrın 16-da Qara Qarayev adına Mərkəzi İncəsənət Məktəbinin təmirdən sonrakı vəziyyəti ilə tanışlıq və yeni dərs ilinin başlanması münasibətilə tədbir keçirilib.

AZpress.AZ xəbər verir ki, tədbirdən əvvəl məktəbin direktoru, Əməkdar artist Əziz Qarayusifli qonaqları məktəbin təmirdən sonrakı vəziyyəti ilə tanış edib. Bildirib ki, məktəb Mədəniyyət Nazirliyinin dəstəyi ilə təmir olunub və yeni avandanlıqlarla təchiz edilib. Məktəbin kiçik iclas zalı, nəzəriyyə otaqları, rəqs zalı (foye), eləcə də əvvəllər fəaliyyət göstərən violin hazırlanması emalatxanası əsaslı təmir edilib, qızdırıcı sistemlər yenilənib. Həmçinin məktəbin fasad hissəsində abadlıq işləri həyata keçirilib. Hazırda yeni tədris ilində müəllim və şagird heyətinin tədrisi üçün hər cür şərait yaradılıb. Diqqətə çatdırılıb ki, məktəbin nəzdində fəaliyyət göstərən skripka hazırlanması sexi məktəbin bu fənn üzrə bütün alətlərini hazırlayaraq təhvil verib. Tanınmış skripka ustası Orxan Hüseynov bu emalatxanada təkcə məktəb üçün deyil, eləcə də xarici ölkələrdə sərgilər üçün alətlər hazırlayır.

Məktəbin müəllim və şagird kollektivi yeni dərs ilində onlara yaradılan şərait üçün təşəkkürlərini bildiriblər.

Daha sonra tədbir bədii hissə ilə davam edib. Mədəniyyət Nazirliyinin Elm və tədqiqatlar sektorunun müdiri Vüqar Baxışov çıxış edərək kollektivi yeni dərs ilinin başlanması münasibətilə nazir Əbülfəs Qarayev adından təbrik edib. Diqqətə çatdırıb ki, son illər ərzində respublikanın bir çox uşaq musiqi və incəsənət məktəbləri üçün yeni binalar tikilib, istifadədə olan tədris binaları əsaslı təmir edilib. Bu, Prezident İlham Əliyevin və Birinci vitse-prezident Mehriban Əliyevanın təhsilə, mədəniyyətə göstərdikləri diqqət və qayğının təzahürüdür. Qeyd edib ki, hazırda Heydər Əliyev Fondu tərəfindən V.Mustafazadə adına 2 nömrəli Uşaq İncəsənət Məktəbində əsaslı təmir işləri aparılır. Mədəniyyət Nazirliyi tərəfindən bu il 33 nömrəli Uşaq Musiqi Məktəbi əsaslı təmir olunub. Həmçinin 10 məktəbdə cari təmir işləri aparılacaq və istilik sistemi olmayan məktəblərə istilik sistemi çəkiləcək.

“Fərəhli haldır ki, Qara Qarayev adına Mərkəzi İncəsənət Məktəbi keçən tədris ilini uğurla başa vurub, yeni ilə inamla daxil olur. 5 nəfəri fərqlənmə olmaqla 77 məzun məktəbi müvəffəqiyyətlə bitirib. Məzunlardan 2019-2020-ci tədris ilində mədəniyyət və incəsənət sahələri üzrə təhsilini davam etdirmək üçün ali ixtisas məktəbinə 7 nəfər, orta ixtisas məktəbinə isə 2 nəfər daxil olub. Nazirlik tərəfindən 2019-2020-ci tədris ili üçün pedaqoji kadrların işə qəbulu üzrə müsabiqədə yüksək nəticə göstərən 6 müəllim bu məktəbə işə qəbul olunub. Sevindirici haldır ki, müsabiqədə yüksək bal toplayan iki kadr məhz bu məktəbə qəbul edilib.

Məktəbin şagirdləri və müəllimləri müxtəlif beynəlxalq və respublika müsabiqələrində, festival və sərgilərdə uğur qazanıb, dövlət tədbirlərində, bayram və əlamətdar günlərdə yaxından iştirak ediblər. Ümidvaram ki, yeni tədris ilində də yeni təmir olunmuş, müasir avadanlıqlar və musiqi alətlər ilə təchiz olunmuş bu gözəl şəraitdə kollektiv daha səylə çalışacaq və bədii təhsilimizin inkişafına öz töhfələrini verəcəklər”, - deyə nazirliyin sektor müdiri vurğulayıb.

Tədbirdə çıxış edən Nərimanov rayonu Gənclər və İdman İdarəsinin rəisi Nəcəf Novruzov kollektivi təbrik edərək yeni dərs ilində uğurlar arzulayıb. İl ərzində məktəblə birgə təşkil edilən tədbirlərin əhəmiyyətindən söhbət açıb.

Daha sonra müsabiqədə yüksək bal toplayan pedaqoji kadrlar kollektivə təqdim olunub. Təqdimatdan sonra məktəbin tələbə adını qazanmış məzunlarına təşəkkürnamələr verilib.

Tədbir konsert proqramı ilə davam edib. 

*************************************************************************** 
T Ə D B İ R L Ə R İ N İ Z İ N
   V  İ  D  E  O  +   F  O  T  O    
ç ə k i l i ş i 
  M E D İ A  DƏSTƏYİ

Tədbirlərinizin video-foto çəkilişini aparmaqla və media dəstəyi kimi , xəbər saytlarımızda yayımlamaq üçün
S İ F A R İ Ş L Ə R       Q Ə B U L     E D İ R İ K !
( Qiymətlər 60 azn-dən başlayır. Ödənişlərə görə vöen-qəbz və ya elektron vöen qəbz verilir.)
 
Əlaqə üçün : Telefon + WhatsApp : 050 331 1111
AZpress.AZ  informasiya agentliyi
www.azpress.az
***************************************************************************
 
 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !