BDU rektorunun birinci kurslarla görüşləri başlayıb - + FOTO=4

BDU rektorunun birinci kurslarla görüşləri başlayıb + FOTO=4

Bakı Dövlət Universitetinin rektoru Elçin Babayevin birinci kurs tələbələri
ilə görüşləri başlayıb.
İlk olaraq Jurnalistika, Biologiya, Tarix və Filologiya fakültələrinin
tələbələri ilə ayrı-ayrılıqda baş tutan görüşdə rektor Elçin Babayev respublikamız
və əksər dünya dövlətləri üçün yüksək ixtisaslı mütəxəssislər hazırlamış
universitetin tarixi, inkişaf mərhələləri, tədris və elmi fəaliyyəti, sosial həyatı ilə
bağlı məlumat verib, görülən işlər, yaradılan imkanlar barədə danışıb.
E.Babayev universitetin yeni inkişaf mərhələsinə qədəm qoyduğunu qeyd
edərək bəzi auditoriya və konfrans zallarının, laboratoriya və dəhlizlərin, o
cümlədən yataqxana binasının yenidən qurulduğunu, tələbələrin sosial vəziyyətinin
yaxşılaşdırılması üçün yeməkxana kompleksinin müasir standartlara cavab verən
vəziyyətə gətirildiyini və keyfiyyətli qida ilə təmin edildiyini diqqətə çatdırıb.
Davamlı olaraq tələbələrlə görüşəcəyini vəd edən rektor bildirib ki, istək və
arzuları, təklif və problemləri olacağı təqdirdə Əsas tədris binasında qoyulmuş
xüsusi qutu və universitetin rəsmi bsu.edu.az saytının “Tələbədən rektora” bölməsi
vasitəsilə yazılı müraciət edə bilərlər.
Bakı Dövlət Universitetinin 100 yaşının tamam olduğu ildə onun bir üzvünə
çevrilməyin şərəfindən danışan rektor nümunəvi tələbə, yaxşı vətəndaş olaraq
ölkənin, universitetin, ailənin və dostların etimadını doğrultmaq, milli-mənəvi
dəyərlərə ehtiramla yanaşmaq, universitet təəssübkeşi olmaq, onun şərəfini və
heysiyyatını qorumaq istiqamətində bəzi tövsiyə və məsləhətlərini verib. 

*************************************************************************** 
T Ə D B İ R L Ə R İ N İ Z İ N
   V  İ  D  E  O  +   F  O  T  O    
ç ə k i l i ş i 
  M E D İ A  DƏSTƏYİ

Tədbirlərinizin video-foto çəkilişini aparmaqla və media dəstəyi kimi , xəbər saytlarımızda yayımlamaq üçün
S İ F A R İ Ş L Ə R       Q Ə B U L     E D İ R İ K !
( Qiymətlər 60 azn-dən başlayır. Ödənişlərə görə vöen-qəbz və ya elektron vöen qəbz verilir.)
 
Əlaqə üçün : Telefon + WhatsApp : 050 331 1111
AZpress.AZ  informasiya agentliyi
www.azpress.az
***************************************************************************
 
 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !