2 milyon manat dəyərində dərman preparatları aşkar olunub - + FOTO=8 +VİDEO

2 milyon manat dəyərində dərman preparatları aşkar olunub + FOTO=8 +VİDEO

Dövlət Gömrük Komitəsinin Əməliyyat-İstintaq Baş İdarəsinə  daxil olmuş məlumat
əsasında Gürcüstandan külli miqdarda dərman preparatlarının yük-nəqliyyat
vasitəsində sənədlərdə qeyd olunmamaqla qanunsuz yolla ölkəyə gətirilməsinin
qarşısı alınıb.
Qeyd olunan faktla əlaqədar Qərb Ərazi Baş Gömrük İdarəsi Əməliyyat və Təhqiqat
İdarəsində yaradılmış əməliyyat qrupu müəyyən edib ki, dərman preparatları DAF
markalı 99 RM 810/60 ZA 811 dövlət nömrə  nişanlı nəqliyyat vasitəsində
sənədlərdən aldatma yolu ilə ölkə ərazisinə gətiriləcək, sonra isə Qazax rayon
ərazisində eyni markalı digər nəqliyyat vasitəsinin qeydiyyat nömrə nişanları ilə
dəyişdirilməklə Bakı şəhərinə aparılacaq.  Beləliklə, yaradılan əməliyyat qrupu
sözügedən nəqliyyat vasitəsini nəzarətə götürüb. Nəzarətə götürülən həmin yük
avtomobili 16 sentyabr 2019-cu il tarixdə Qərb Ərazi Baş Gömrük İdarəsinin
“Qırmızı Körpü”  gömrük postundan ölkə ərazisinə daxil olub və postun
yaxınlığındakı rentgen qurğusundan keçməyərək birbaşa Qazax rayonun ikinci Şıxlı
kəndinin ərazisində yerləşən yanacaqdoldurma  məntəqəsinə gəlib. Qeyd olunan
ərazidə Gürcüstandan dərman vasitələrini gətirən Azərbaycan Respublikası vətəndaşı
 Qədirov Xəqani Dilqəm oğlunun idarə etdiyi nəqliyyat vasitəsinin dövlət nömrə
nişanları açılaraq həmin əraziyə əvvəlcədən gətirilmiş eyni markalı, zahiri görünüşcə
bənzəyən  Azərbaycan Respublikasının vətəndaşı Qədirov Vüqar Dilqəm oğlunun
idarə etdiyi digər DAF markalı 99 RL 810 / 99 ZA 811 dövlət nömrə nişanlı
avtomobilin qeydiyyat nişanları ilə dəyişdirilib və dərman vasitələri daşıyan nəqliyyat
vasitəsi Bakı şəhəri istiqamətində hərəkətini davam etdirib. Sonra dövlət nömrə nişanı
dəyişdirilən digər avtomobil rentgen qurğusundan keçmək üçün gömrük postuna yola
düşüb. Əməliyyat qrupu dərhal Bakı şəhəri istiqamətində yola düşən, eyni zamanda
rentgen qurğusundan keçmək üçün əraziyə gedən  hər iki yük avtomobilini saxlayaraq
“Qırmızı Körpü” gömrük postuna gətirib. Bundan sonra Azərbaycan Respublikasının
vətəndaşı Qədirov Vüqar Dilqəm oğlunun idarə etdiyi, ölkə ərazisinə 99 RM 810 / 60
ZA 811 dövlət nömrə nişanı ilə daxil olan, sonra dəyişdirilərək 99 RL 810 / 99 ZA
811 dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinə hal şahidlərinin iştirakı ilə baxış
keçirilib. Bu zaman nəqliyyat vasitəsinin yük yerində olan qutulardan mal müşaiyyət
sənədlərində göstərilməyən 850 adda təqribi 2 milyon manat dəyərində dərman
preparatları aşkar olunub.Faktla bağlı araşdırma aparılır.

*************************************************************************** 
T Ə D B İ R L Ə R İ N İ Z İ N
   V  İ  D  E  O  +   F  O  T  O    
ç ə k i l i ş i 
  M E D İ A  DƏSTƏYİ

Tədbirlərinizin video-foto çəkilişini aparmaqla və media dəstəyi kimi , xəbər saytlarımızda yayımlamaq üçün
S İ F A R İ Ş L Ə R       Q Ə B U L     E D İ R İ K !
( Qiymətlər 60 azn-dən başlayır. Ödənişlərə görə vöen-qəbz və ya elektron vöen qəbz verilir.)
 
Əlaqə üçün : Telefon + WhatsApp : 050 331 1111
AZpress.AZ  informasiya agentliyi
www.azpress.az
***************************************************************************
 
 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !