Tarix və Mədəniyyət Abidələrinin qorunması işləri sürətləndirilməsi üçün yeni fəaliyyət planı hazırlanacaq -

Tarix və Mədəniyyət Abidələrinin qorunması işləri sürətləndirilməsi üçün yeni fəaliyyət planı hazırlanacaq

Ərazisinin 20%-I dümən tapdağı altında olan Azərbaycanda, Mədəni İrsin
qorunması günümüzün tələbidir, desək yanılmarıq. Beləki Azərbaycan
iqtisadiyyatının sürətli və dnamik inkişafı, eyni zamanda tarix və mədəniyyət
abidələrimizə dünya vətəndaş cəmiyyətlərinin marağını daha da artırır. Digər
tərəfdən Ermənistan Respublikası tərəfindən ərazilərimizin işğalı və yüzlərlə
mədəni-irs nümunələrimizə sahib şıxmaları inkişafımıza əks təsir göstərir.
Bu baxımdan Azərbaycanın işğal altındadakı mədəni irs nümunələrinin
Beynəlxalq Hüququn tələblərinə uyğun mühafizəsinin təşkili, Ermənistan
Respublikası tərəfindən abidələrin dağıdılmasının və ya mənimsənilməsinin
qarşısının alınması tədbirlərinin gücləndirilməsi zərurəti də yaradır.

Odur ki bu və ya digər məsələləri müzakirə etmək üçün, Azərbaycan Respublikası
Mədəniyyət Nazirliyi Yanında Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə
Dövlət Xidmətinin rəisi Zakir Sultanov, Azərbaycanın İşğal Olunmuş
Ərazilərindəki Tarix və Mədəniyyət Abidələrini Müdafiə Təşkilatı İctimai
Birliyinin sədri Faiq İsmayılovu qəbul etdi.
Qəbul zamanı Ermənistan, işğal etdiyi Azərbaycan ərazilərindəki tarix və
mədəniyyət abidələrinə öz mülkiyyət hüququnu tətbiq etməsi, narahatlıqla
qarşılandı və işğal altındakı abidələrimiz üzərindən erməni təsirlərini yox etmək
üçün tezliklə tədbirlər planının hazırlanması qərara alındı.

 

Eyni zamanda digər regionlarımızdakı daşınmaz tarix və mədəniyyət
abidələrimizin qorunmasında gütləviləşdirilməsinə nail olunması, onların mövcud
vəziyyətlərinin yoxlanması və digər məsələlər barədə fikir mübadiləsi aparıldı.
Sonda iki təşkilat arasında əməkdaşlıq barədə şifahi razılıq əldə olundu.

 

AMT Mətbuat xidməti

*************************************************************************** 
T Ə D B İ R L Ə R İ N İ Z İ N
   V  İ  D  E  O  +   F  O  T  O    
ç ə k i l i ş i 
  M E D İ A  DƏSTƏYİ

Tədbirlərinizin video-foto çəkilişini aparmaqla və media dəstəyi kimi , xəbər saytlarımızda yayımlamaq üçün
S İ F A R İ Ş L Ə R       Q Ə B U L     E D İ R İ K !
( Qiymətlər 60 azn-dən başlayır. Ödənişlərə görə vöen-qəbz və ya elektron vöen qəbz verilir.)
 
Əlaqə üçün : Telefon + WhatsApp : 050 331 1111
AZpress.AZ  informasiya agentliyi
www.azpress.az
***************************************************************************
 
 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !