BDU rektoru Prezident təqaüdçüləri ilə görüşüb - + FOTO=4

BDU rektoru Prezident təqaüdçüləri ilə görüşüb + FOTO=4

 Bakı Dövlət Universitetinin (BDU) rektoru Elçin Babayev 2019/2020-ci tədris
ilinin tələbə qəbulu imtahanlarında ən yüksək nəticələr göstərmiş və Prezident təqaüdünə
layiq görülmüş Hüquq fakültəsinin tələbələri ilə görüşüb. Universitetin 100 illiyinin
tamamında onun bir üzvünə çevrilməyin şərəfindən danışan rektor Prezident
təqaüdçülərini təbrik edib, təhsil və tədrisdə uğurlar arzulayıb.


Prezident İlham Əliyevin, Birinci vitse-prezident Mehriban Əliyevanın təhsilə və
elmə göstərdikləri diqqət və qayğıdan danışan rektor Elçin Babayev təqaüdçü tələbələrin
savadlı, elmli, bacarıqlı bir mütəxəssis kimi yetişəcəklərinə, fəaliyyətlərində
vətənpərvərlik, dövlətçilik prinsiplərini əsas tutacaqlarına, eyni zamanda, Bakı Dövlət
Universitetinin adına hər zaman şərəf və şöhrət gətirəcəklərinə inandığını söyləyib.


E.Babayev universitetin yeni inkişaf mərhələsinə qədəm qoyduğunu, təhsil,
tədqiqat, innovasiya, sosial həyat və beynəlxalq əlaqələrin daha da təkmilləşdirilməsinin
əsas hədəf kimi müəyyənləşdirildiyini diqqətə çatdırıb. Bildirib ki, elm və təhsilin
inteqrasiyası, elmi potensialın gəncləşdirilməsi, gənc nəslin hələ tələbəlik illərindən
tədqiqata yönləndirilməsi məqsədi ilə yüksək bal toplayaraq universitetə qəbul olunmuş
və araşdırmaya xüsusi maraq göstərən tələbələrin, o cümlədən Prezident təqaüdçülərinin
elmi fəaliyyətə cəlb edilməsi istiqamətində bir sıra islahatlar və intensiv işlər aparılır.


Bu tədris ilində universitetin bir çox yeniliklər etdiyini vurğulayan rektor
təhsilin forma və məzmununda dəyişikliklər aparıldığını, bir çox fənlərin proqramlarının
dövlətin elm və təhsil sahəsində siyasətinə və əmək bazarının tələbatına uyğun olaraq
yenidən işləndiyini, elm və təhsilin əlaqəsini daha da artırmaq məqsədilə elmi tədqiqat
institutları, mərkəzlər və laboratoriyaların əməkdaşlarının tədris prosesinə cəlb edildiyini
bildirib. Rektorun sözlərindən o da aydın olub ki, tələbələrin tədris təcrübələrinin
müvafiq elmi mərkəzlərdə təşkili, elmi tədqiqatların və təhsilin keyfiyyətinin
yüksəldilməsi məqsədilə bir sıra laboratoriyaların və auditoriyaların əsaslı təmiri, müasir
cihaz və avadanlıqlarla təchiz edilməsi istiqamətində də müvafiq işlər görülüb.
Rektor yataqxana binasının yenidən qurulduğunu, tələbələrin sosial vəziyyətinin
yaxşılaşdırılması üçün yeməkxana kompleksinin müasir standartlara cavab verən
vəziyyətə gətirildiyini və keyfiyyətli qida ilə təmin edildiyini də diqqətə çatdırıb.


Tələbələrə imtahan sessiyası, onun təşkili və keçirilmə formaları haqqında
məlumat verən Elçin Babayev bildirib ki, istək və arzuları, təklif və problemləri olacağı
təqdirdə Əsas tədris binasında qoyulmuş xüsusi qutu və universitetin rəsmi bsu.edu.az
saytının “Tələbədən rektora” bölməsi vasitəsilə yazılı müraciət edə bilərlər.


 Sonra Elm və innovasiyalar üzrə prorektor Aydın Kazımzadə, Tədrisin təşkili və
təlim texnologiyaları üzrə prorektor İradə Əliyeva, Rektorun Humanitar-sosial məsələlər
və informasiya təminatı üzrə müşaviri Əliş Ağamirzəyev çıxış edərək tələbələri təbrik
edib, uğurlar arzulayıblar.


Tələbələr adından çıxış edən Prezident təqaüdçüsü Seyidbəyim Hüseynova görüş
və səsləndirilən dəyərli fikirlər üçün təşəkkürünü bildirib.

*************************************************************************** 
T Ə D B İ R L Ə R İ N İ Z İ N
   V  İ  D  E  O  +   F  O  T  O    
ç ə k i l i ş i 
  M E D İ A  DƏSTƏYİ

Tədbirlərinizin video-foto çəkilişini aparmaqla və media dəstəyi kimi , xəbər saytlarımızda yayımlamaq üçün
S İ F A R İ Ş L Ə R       Q Ə B U L     E D İ R İ K !
( Qiymətlər 60 azn-dən başlayır. Ödənişlərə görə vöen-qəbz və ya elektron vöen qəbz verilir.)
 
Əlaqə üçün : Telefon + WhatsApp : 050 331 1111
AZpress.AZ  informasiya agentliyi
www.azpress.az
***************************************************************************
 
 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !