Rəssam Vüqar Əlinin Rənglərin ritmi adlı fərdi sərgisi keçiriləcəkdir -

Rəssam Vüqar Əlinin “Rənglərin ritmi” adlı fərdi sərgisi keçiriləcəkdir

2019-cu il oktyabr ayının 4-də saat 19:00-da Muzey Mərkəzinin Sərgi
Qalereyasında rəssam Vüqar Əlinin “Rənglərin ritmi” adlı fərdi sərgisi
keçiriləcəkdir. Nümayiş olunacaq əsərlərin əksəriyyəti son iki il ərzində ərsəyə
gəlmiş və caz musiqisinə həsr olunmuşdur. Müəllifin ifaçı və bəstəkarlardan
tutmuş şlyagerlərin portretlərinə qədər, bədii dillə bizə çatdırdığı bütün yaradıcılıq
nümunələrində musiqi mövzusu xüsusi yer tutur. Musiqiyə xas olan duyğuları
sənətkar rəng və cizgilərin dili ilə mükəmməl ifadə edir.


Onun 2016-cı ildə Bakıda Beynəlxalq Caz Festivalı çərçivəsində keçirilən
fərdi sərgisinə gələn qonaqlara milli və xarici cazmenlərin portretləri, onlardan -
Emma Fidcerald, Lui Armstrong, Rafiq Babayev, Pərviz Rüstəmbəyov, Vaqif
Mustafazadə, İsfar Sarabski, Rain Sultanov, Şahin Növrəsli və b., həmçinin caz
musiqisinə həsr olunmuş kompozisiyaları təqdim olunmuşdu.


Sərginin ideyası həmin festivalın davamı olaraq yarandığına görə
ekspozisiyanın “ürəyi” olan caz musiqisinin yerli və xaricdən olan 30-dan çox
korifeyinə həsr olunmuş əsərlərdən ibarətdir. Vaqif və Əzizə Mustafazadələr,
Ennio Morrikone, Henri Mancini, maestro Niyazi, Nina Simon, BB Kinq, Natiq
Şirinov, Dilarə Kazımova və başqaları bu sırada yer alır.


Hazırki və əvvəlki sərginin konsepsiyası vəhdət şəklində birləşərək özündə
geniş caz obrazlarının qalereyasını əks etdirir və dünyaca məhşur musiqi janrına
Azərbaycanın verdiyi töhvələri nümayiş etdirir.


Həmin mövzu bu sərgidə Azərbaycan folklor musiqisinə həsr olunmuş bəzi
işlərlə səsləşir. Vüqar Əlinin bahar təravətli çiçək açmış gənc gözəllərə həsr
etdiyi əsərlərinin bir hissəsini tamaşaçılara nümayiş etdirdi.


Qalereyada rəssamın yaradıcılığının erkən dövrünə aid digər silsilələrindən
olan əsərləri də nümayiş olunmuşdur. Bunlardan biri kristaloqrafiya bilikləri
əsasında yaradılmışdır. O, bu əsəri tanınmış mineralogiya üzrə mütəxəssis,
akademik Xudu Məmmədovun rəhbərliyi altında bir neçə həvəskar entuziast
rəssamla birgə yaratmışdır. Kristaloqrafiya işləri xalça ornamentlərini xatırladan
riyazi kompozisiyası ilə fərqlənir.


Rəssamın digər silsiləsi öz adını mif qəhrəmanı olan nar pərisindən
götürmüş Nargilədir. Bu sərgidə müəllifin nara həsr olunmuş bir çox əsərlərini
görmək olar.


Əzim Əzimzadə adına kollecin, M.Əliyev adına İncəsənət İnstitutunun tələbəsi,
Rəssamlar İttifaqının üzvü Vüqar Əli öz bədii maraq dairəsini rəssamlıqla
məhdudlaşdırmır. O, 1990-cı illərdə teatr tərtibatı, qrafika və dizayn sahələrində fəal şəkildə çalışmışdır. Rəssam “Kainat” yaradıcılıq qrupunun yaradıcılarından
biridir. O, jurnal və qəzetlərdə karikaturaçı kimi çalışmışdır.


Vüqar Əli Gənc Tamaşaçılar Teatrında baş rəssam vəzifəsində
çalışmışdır. Həmçinin o, 8 il əsərləri daimi ekpozisiyada sərgiləndiyi Muzey
Mərkəzində işləmişdir.


Muzey Mərkəzində çalışdığı müddətdə məhşur sərgi layihələri olan Bakı
Beynəlxalq Müəllif Kuklaları Bienalesi, “Gözəllik nuru”, “Kofe rəngi” və bir sıra
digər layihələrin dizaynını hazırlamışdır.


Son illərdə Vüqar Əli yaradıclıq fəaliyyəti ilə yanaşı Azərbaycan Dövlət
Mədəniyyət və İncəsənət İnstitutunda pedaqoji fəaliyyət ilə də məşğul olur. 

*************************************************************************** 
T Ə D B İ R L Ə R İ N İ Z İ N
   V  İ  D  E  O  +   F  O  T  O    
ç ə k i l i ş i 
  M E D İ A  DƏSTƏYİ

Tədbirlərinizin video-foto çəkilişini aparmaqla və media dəstəyi kimi , xəbər saytlarımızda yayımlamaq üçün
S İ F A R İ Ş L Ə R       Q Ə B U L     E D İ R İ K !
( Qiymətlər 60 azn-dən başlayır. Ödənişlərə görə vöen-qəbz və ya elektron vöen qəbz verilir.)
 
Əlaqə üçün : Telefon + WhatsApp : 050 331 1111
AZpress.AZ  informasiya agentliyi
www.azpress.az
***************************************************************************
 
 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !