AZƏRİQAZ İB-DƏ NEFTÇİLƏR GÜNÜ QEYD EDİLDİ - (+FOTO=2)

“AZƏRİQAZ” İB-DƏ “NEFTÇİLƏR GÜNÜ” QEYD EDİLDİ (+FOTO=2)

 AZpress.AZ xəbər verir ki, Bu gün “Azəriqaz” İstehsalat Birliyində 20 sentyabr “Neftçilər günü” münasibətilə tədbir keçirilib. Birliyin Baş Direktoru cənab Əkbər Hacıyev kollektivi bu münasibətlə təbrik edib, onlara uğurlar arzulayıb. O da qeyd edilib ki, bu il Azərbaycan neftçiləri üçün ikiqat bayramdır.

Ümummilli Lider Heydər Əliyevin təşəbbüsü ilə 1994-cü il sentyabrın 20-də “Əsrin müqaviləsi”nin imzalanmasından da 25 il ötür. Hazırda Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin rəhbərliyi altında artıq “Əsrin müqaviləsi” yeni inkişaf mərhələsinə qədəm qoyub. Neft sənayesinin inkişafına, ölkəmizdə əhalinin rifah halının yüksəldilməsinə xidmət edən yeni müqavilələr reallaşdırılır.

Daha sonra “Neftçilər günü” münasibətilə “Azəriqaz” İB-nin bir qrup əməkdaşı səmərəli və nümunəvi əmək fəaliyyətinə, Həmkarlar İttifaqı hərəkatında fəal iştirakına görə Fəxri Fərmanla təltif olunub, onlara qiymətli hədiyyələr verilib.

 

 
 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !