Sağlam həyat tərzinin təşviqi adlı beynəlxalq praktik təlim kursunun layihəsi yekunlaşdı - (+FOTO=6)

“Sağlam həyat tərzinin təşviqi” adlı beynəlxalq praktik təlim kursunun layihəsi yekunlaşdı (+FOTO=6)

 AZpress.AZ xəbər verir ki, Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyi, Müstəqil Dövlətlər Birliyi üzv dövlətlərin Dövlətlərarası Humanitar Əməkdaşlıq Fondunun dəstəyi ilə "ADDIM" Yaradıcı Gənclər Təşkilatının təşkilatçılığı ilə cari ilin 8-14 sentyabr tarixlərində təşkil olunan Gənc jurnalistlər, bloqqerlər, aktiv sosial şəbəkə istifadəçiləri üçün “Sağlam həyat tərzinin təşviqi” adlı beynəlxalq praktik təlim kursunun layihəsi yekunlaşdı. Tədbirdə Azərbaycan, Belarus, Gürcüstan, Qazaxıstan, Qırğızstan, Moldova, Rusiya, Tacıkistan, Türkmənistan və Ukraynadan 70-ə yaxın gənc iştirak edib.

Sentyabrın 13-də "Hyatt Regency Hotel"də baş tutan tədbirin bağlanış mərasimində Gənclər və İdman nazirinin müavini İntiqam Babayev, Səhiyyə nazirinin müavini Rahim Əliyev, Səhiyyə Nazirliyinin İctimai Səhiyyə və İslahatlar Mərkəzinin (İSİM) direktoru Qəhrəman Haqverdiyev və digər rəsmilər iştirak edib.

Təlim günlərində bloqqer, jurnalist və digər geniş izləyici kütləsi olan sosial şəbəkə istifadəçiləri bu mövzuda önəmli məqamlara toxunaraq təcrübələrini bölüşüblər. Tədbirin bağlanış günü isə iştirakçılar "sağlam həyat tərzinin təbliği" ilə bağlı hazırladıqları maarifləndirici xarakterli videoçarx və digər yaradıcı iş nümunələrini təqdim ediblər.

 

 

*************************************************************************** 
T Ə D B İ R L Ə R İ N İ Z İ N
   V  İ  D  E  O  +   F  O  T  O    
ç ə k i l i ş i 
  M E D İ A  DƏSTƏYİ

Tədbirlərinizin video-foto çəkilişini aparmaqla və media dəstəyi kimi , xəbər saytlarımızda yayımlamaq üçün
S İ F A R İ Ş L Ə R       Q Ə B U L     E D İ R İ K !
( Qiymətlər 60 azn-dən başlayır. Ödənişlərə görə vöen-qəbz və ya elektron vöen qəbz verilir.)
 
Əlaqə üçün : Telefon + WhatsApp : 050 331 1111
AZpress.AZ  informasiya agentliyi
www.azpress.az
***************************************************************************
 
 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !