Fernando Quevedo Bakı Dövlət Universitetinə rəsmi səfərə gəlib - + FOTO=4

Fernando Quevedo Bakı Dövlət Universitetinə rəsmi səfərə gəlib + FOTO=4

Abdus Salam adına Beynəlxalq Nəzəri Fizika Mərkəzinin direktoru professor
Fernando Quevedo Bakı Dövlət Universitetinə rəsmi səfərə gəlib.

 

İtaliyanın Triest şəhərində yerləşən Abdus Salam adına Beynəlxalq Nəzəri
Fizika Mərkəzinin (ICTP) direktoru, elementar zərrəciklər və yüksək enerjilər
fizikası sahəsində tanınmış nəzəriyyəçi-alim, Kembric Universitetinin professoru
Fernando Quevedo Bakı Dövlət Universitetinə rəsmi səfərə  gəlib. Səfərin əsas
məqsədi Bakı Dövlət Universiteti ilə Beynəlxalq Nəzəri Fizika Mərkəzi arasında
sıx elmi əlaqələrin qurulması, müxtəlif elm sahələrində, xüsusilə də fizika və
riyaziyyatın nəzəri və tətbiqi məsələləri üzrə birgə elmi-tədqiqat işlərinin təşkili və
planlaşdırılması, ikitərəfli əməkdaşlıq çərçivəsində magistrlar, gənc alim və
tədqiqatçılar üçün daha geniş auditoriyanı əhatə edəcək beynəlxalq layihələrin və
proqramların təşkili imkanlarının müzakirəsidir. Bu məqsədlə iki qurum arasında
əməkdaşlığa dair Anlaşma Memorandumu imzalanıb. Memorandumu rektor Elçin
Babayev və Beynəlxalq Nəzəri Fizika Mərkəzinin direktoru Fernando Quevedo
imzalayıb, onun əhəmiyyətini qeyd ediblər. AMEA Fizika-Riyaziyyat və Texnika
Bölməsinin akademik-katibi, Fizika İnstitutunun direktoru, akademik Nazim
Məmmədov memorandumun hər iki tərəfə faydalı olacağına əminliyini ifadə edib.
Bakı Dövlət Universiteti vahid elmi-texniki siyasəti formalaşdırmaq, bu
siyasət çərçivəsində müxtəlif elm sahələrində elmi-texniki nailiyyətlərin, qabaqcıl
təcrübənin və yeni texnologiyanın öyrənilməsi və onların tətbiq edilməsi üçün bir
çox beynəlxalq təşkilatlarla davamlı olaraq əməkdaşlıq edir. Universitet ölkədə
elm və təhsil sahəsində nüfuzlu beynəlxalq təşkilatların təşəbbüslərini daim
dəstəkləyir və bu istiqamətdə ən müasir təcrübənin ölkəmizə gətirilməsini prioritet
hesab edir. Bu baxımdan imzalanan memorandum çərçivəsində nəzəri və tətbiqi
fizika, riyaziyyat, fənlərarası tədqiqatlar sahəsində dünya elminin ən mühüm
istiqamətləri üzrə Bakı Dövlət Universitetinin elmi potensialının gücləndirməsinə
və bu yolla Universitetin dünya elmində yüksək səviyyələrdə mövqeləndirilməsini
təmin edilməsinə imkan yaradan zəruri tədbirləri həyata keçirmək, gənclərin
dünyanın elmi inkişaf mühitinə inteqrasiya edilməsini və innovativ düşüncə və
rəqabətədavamlı biliyə yiyələnmələrini təmin etmək üçün beynəlxalq ixtisasartırma
və mübadilə proqramlarında iştirakına şərait yaratmaq, müxtəlif səviyyələrdə birgə
elmi tədbirlərin, o cümlədən elmi-praktiki toplantıların, konfransların, seminarların
və digər elmi tədbirlərin təşkili, keçirilməsi, dəstəklənməsi barədə razılığa gəlinib. 

*************************************************************************** 
T Ə D B İ R L Ə R İ N İ Z İ N
   V  İ  D  E  O  +   F  O  T  O    
ç ə k i l i ş i 
  M E D İ A  DƏSTƏYİ

Tədbirlərinizin video-foto çəkilişini aparmaqla və media dəstəyi kimi , xəbər saytlarımızda yayımlamaq üçün
S İ F A R İ Ş L Ə R       Q Ə B U L     E D İ R İ K !
( Qiymətlər 60 azn-dən başlayır. Ödənişlərə görə vöen-qəbz və ya elektron vöen qəbz verilir.)
 
Əlaqə üçün : Telefon + WhatsApp : 050 331 1111
AZpress.AZ  informasiya agentliyi
www.azpress.az
***************************************************************************
 
 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !