Fizika İnstitutunda Fransanın Monpelye Universitetinin alimləri məruzə ilə çıxış ediblər - (+FOTO=8)

Fizika İnstitutunda Fransanın Monpelye Universitetinin alimləri məruzə ilə çıxış ediblər (+FOTO=8)

AZpress.AZ xəbər verir ki, Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) Fizika İnstitutunda Fransanın Monpelye Universitetinin alimləri-Pr.Dr. Hab. Francois Hennvə Dr. Adrien Nouryməruzə ilə çıxış ediblər.Seminarı giriş sözü ilə AMEA Fizika İnstitutunun aparıcı elmi işçisi, fizika-riyaziyyat elmləri doktoru Rasim Cabbarov açıb. O, məruzəçilər haqqında tədbir iştirakçılarına məlumat verib. Bildirib ki, AMEA ilə Monpelye Universiteti arasında əməkdaşlıq haqqında müqavilə mövcuddur. Müqaviləyə əsasən, qarışılıqlı kadr mübadiləsi aparılır. R.Cabbarov qeyd edib ki, seminar çərçivəsində məruzəçilər Monpelye Universiteti və burada aparılan elmi tədqiqatlar haqqında tədbir iştirakçılarına məlumat verəcəklər. Vurğulayıb ki, əvvəlcədən verilmiş elana əsasən, Monpelye Universitetində fəlsəfə doktorluğu üzrə təhsil almaq üçün müraciət edən namizədlər arasında fransalı alimlərin iştirakı ilə seçimlər aparılacaq.

Fizika İnstitutunun direktoru, akademik Nazim Məmmədov AMEA ilə yanaşı, Bakı Dövlət Universiteti və digər təhsil müəssisələri ilə də əməkdaşlıqəlaqələrinin genişləndirilməsini təklif edib. Elm və təhsilin inteqrasiyasının vacib olduğunu qeyd edərək,bildirib ki, əsas məqsədin gəncləri də elmə cəlb etməklə, onların xarici ölkələrdə elmi bilik və təcrübələrini artırmaq,gənclərin Azərbaycan elminə töhfə verməyini təmin etməkdir.

Daha sonra məruzəçilərin məruzələri dinlənilib. Mövzular ətrafında müzakirələr aparılıb, suallar cavablandırılıb.

Seminardan sonra qonaqlar Fizika İnstitutunun İnnovasiya sektorunda mövcud olan müasir maddi-texniki baza ilə tanış olublar. AMEA Fizika İnstitutunun alimləri burada aparılan tədqiqat işləri haqqında məlumat veriblər.

Məryəm Rafaelqızı

 

*************************************************************************** 
T Ə D B İ R L Ə R İ N İ Z İ N
   V  İ  D  E  O  +   F  O  T  O    
ç ə k i l i ş i 
  M E D İ A  DƏSTƏYİ

Tədbirlərinizin video-foto çəkilişini aparmaqla və media dəstəyi kimi , xəbər saytlarımızda yayımlamaq üçün
S İ F A R İ Ş L Ə R       Q Ə B U L     E D İ R İ K !
( Qiymətlər 60 azn-dən başlayır. Ödənişlərə görə vöen-qəbz və ya elektron vöen qəbz verilir.)
 
Əlaqə üçün : Telefon + WhatsApp : 050 331 1111
AZpress.AZ  informasiya agentliyi
www.azpress.az
***************************************************************************
 
 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !