Mərkəzi Elmi Kitabxanada "Qafqaz Neoliti" sənədli filminin təqdimatı keçirilib - + FOTO=6

Mərkəzi Elmi Kitabxanada "Qafqaz Neoliti" sənədli filminin təqdimatı keçirilib + FOTO=6

 Sentyabrın 19-da AMEA-nın Mərkəzi Elmi Kitabxanasında Azərbaycan Dövlət
Televiziyası - "Azərbaycantelefilm" Yaradıcılıq Birliyinin istehsalı olan "Qafqaz Neoliti"
sənədli filminin təqdimatı keçirilib.
Təqdimatda AMEA-nın vitse-prezidenti, akademik İsa Həbibbəyli, İctimai Elmlər
Bölməsinin akademik-katibi, akademik Nərgiz Axundova, "AMEA-nın professoru", millət
vəkili Qənirə Paşayeva, "Azərbaycan Televiziya və Radio verilişləri" QSC-nin
nəzdindəki Televiziya və Radio Akademiyasının rektoru, filologiya üzrə fəlsəfə doktoru
Faiq Hüsiyev, AMEA-nın Arxeologiya və Etnoqrafiya İnstitutunun kollektivi və
ictimaiyyət nümayəndələri iştirak ediblər.
Tədbiri Q.Paşayeva açaraq filmin yaradıcı kollektivini iştirakçılara təqdim edib,
ekran əsərində Tovuz bölgəsində son 12 il ərzində aparılan arxeoloji qazıntıların
nəticələrinin əks olunduğunu söyləyib. Qeyd edib ki, filmdə əsasən bölgənin Neolit
dövrünü əks etdirən Göytəpə qədim yaşayış yerinin tədqiqi prosesləri, kompleksin
Qafqazın sivilizasiya tarixində oynadığı rol və burada uzun müddət çalışan tanınmış
əcnəbi arxeoloqların fikirləri yer alıb.
Ərazidə Arxeologiya və Etnoqrafiya İnstitutu ilə Yaponiyanın Tokio Universitetinin
əməkdaşlarının uzun müddət önəmli araşdırmalar apardığını deyən Q.Paşayeva
Göytəpə Arxeoloji Parkının yaradılması ilə bağlı ölkə başçısının 18 aprel 2012-ci il
tarixli Sərəncam imzaladığını xatırladıb. O, filmin gələcəkdə ingilis dilinə tərcümə
olunaraq digər ölkələrdə nümayiş etdiriləcəyini vurğulayıb.
Sonra İ.Həbibbəyli çıxış edərək AMEA ilə Azərbaycan Dövlət Televiziyası
arasında gələcəkdə çoxtərəfli əməkdaşlıq haqqında sazişin imzalanmasının önəminə
toxunub. Akademik son illərdə Azərbaycan arxeologiya elmində bir çox nailiyyətlərin
əldə edildiyini, hazırda Arxeologiya və Etnoqrafiya İnstitutunda yerli və beynəlxalq
olmaqla 30-a yaxın ekspedisiyanın fəaliyyət göstərdiyini diqqətə çatdırıb. O, filmin
Azərbaycanın qədim mədəniyyətinin dünya ictimaiyyətinə çatdırılmasında önəmli rol
oynayacağını deyib.
Tədbirdə, həmçinin Arxeologiya və Etnoqrafiya İnstitutunun elmi işlər üzrə
direktor müavini, tarix üzrə elmlər doktoru Nəcəf Müseyibli və filologiya üzrə fəlsəfə
doktoru Faiq Hüsiyev çıxış edərək ekran əsəri ilə bağlı təəssüratlarını bölüşüblər.

Sonda film nümayiş etdirilib.
Qeyd edək ki, filmin prodüseri Xalq artisti, rejissor Ramiz Həsənoğlu, ssenari
müəllifi Əməkdar jurnalist Sadıq Elcanlı, rejissoru Elnurə Kazımova, elmi məsləhətçisi
isə Arxeologiya və Etnoqrafiya İnstitutunun şöbə müdiri, Tovuz arxeoloji
ekspedisiyasının rəhbəri, t.ü.f.d. Fərhad Quliyevdir.

*************************************************************************** 
T Ə D B İ R L Ə R İ N İ Z İ N
   V  İ  D  E  O  +   F  O  T  O    
ç ə k i l i ş i 
  M E D İ A  DƏSTƏYİ

Tədbirlərinizin video-foto çəkilişini aparmaqla və media dəstəyi kimi , xəbər saytlarımızda yayımlamaq üçün
S İ F A R İ Ş L Ə R       Q Ə B U L     E D İ R İ K !
( Qiymətlər 60 azn-dən başlayır. Ödənişlərə görə vöen-qəbz və ya elektron vöen qəbz verilir.)
 
Əlaqə üçün : Telefon + WhatsApp : 050 331 1111
AZpress.AZ  informasiya agentliyi
www.azpress.az
***************************************************************************
 
 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !