Xaçmaz rayonunda İcbari Tibbi Sığorta haqqında maarifləndirmə tədbiri keçirilib - + FOTO=3

Xaçmaz rayonunda İcbari Tibbi Sığorta haqqında maarifləndirmə tədbiri keçirilib + FOTO=3

20 sentyabr tarixində “Sağlamlığa Xidmət” İctimai birliyi Xaçmaz rayon Turizm və İnformasiya
Mərkəzində Azərbaycan Respublikası Prezidenti yanında Qeyri-hökümət Təşkilatlarına Dövlət
Dəstəyi Şurasının maliyyə dəstəyi ilə “İlkin Səhiyyə Xidməti sahəsində çalışan tibb işçilərinin və
ümumi əhalinin İcbari Tibbi Sığorta mexanizmi barədə məlumatlılığının artırılması” layihəsi
çərçivəsində maarifləndirmə tədbiri keçirdi. Tədbirdə Rayon Mərkəzi Xəstəxanasının tibb heyəti
ilə yanaşı, sıravi vətəndaşlar da iştirak edirdilər.
Tədbirin məqsədi rayon əhalisini, o cümlədən tibb işçilərini İcbari Tibbi sığorta sistemi barədə
məlumatlandırmaq idi. Tədbiri giriş sözləri ilə açan Azərbaycan Qızıl Aypara Cəmiyyətinin
əməkdaşı Sona Hacıyeva İcbari tibbi sığortanın ölkə əhalisinin tibbi xidmətlərə əlçatanlığının
təmin edilməsi məqsədi ilə tətbiq edildiyini və bu sistemin pilot rayonlardakı uğurlu
fəaliyyətindən danışıb.
Daha sonra Sağlamlığa Xidmət İctimai birliyinin “İlkin Səhiyyə Xidməti sahəsində çalışan tibb
işçilərinin və ümumi əhalinin İcbari Tibbi Sığorta mexanizmi barədə məlumatlılığının artırılması”
layihəsinin rəhbəri Pərvanə Vəliyeva İcbari tibbi sığorta haqqında geniş təqdimatla çıxış edərək,
iştirakçıların suallarını cavablandırıb, sistem barədə təkliflərini dinləyib.
Tədbirdə iştirak edən tibb işçiləri 1 yanvar 2020-ci ildən dövlət səhiyyə sisteminə daxil olan və
“TƏBİB”-in tabeçiliyində olan tibb müəssisələrində çalışan həkimlərin məvaciblərinin
artırılmasının sevindirici hal olduğunu bildirmiş və ölkə başçısına səhiyyə sahəsində aparılan
böyük islahatlara və tibb işçilərinin ölkədə nüfuzunun artırılmasına xüsusi diqqət göstərdiyinə
görə dərin təşəkkürlərini bildirmişlər. 

*************************************************************************** 
T Ə D B İ R L Ə R İ N İ Z İ N
   V  İ  D  E  O  +   F  O  T  O    
ç ə k i l i ş i 
  M E D İ A  DƏSTƏYİ

Tədbirlərinizin video-foto çəkilişini aparmaqla və media dəstəyi kimi , xəbər saytlarımızda yayımlamaq üçün
S İ F A R İ Ş L Ə R       Q Ə B U L     E D İ R İ K !
( Qiymətlər 60 azn-dən başlayır. Ödənişlərə görə vöen-qəbz və ya elektron vöen qəbz verilir.)
 
Əlaqə üçün : Telefon + WhatsApp : 050 331 1111
AZpress.AZ  informasiya agentliyi
www.azpress.az
***************************************************************************
 
 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !