Gürcüstandaki soydaşlarımız üçün ictimai kitabxana... -

Gürcüstandaki soydaşlarımız üçün ictimai kitabxana...

Dostlar! Böyük bir işin təməli qoyulur. Gürcüstandakı soydaşlarımızın bircə dənə də ictimai kitabxanası yoxdur. Xalq yazıçısı Afaq Məsudun başçılıq etdiyi Tərcümə Mərkəzi gözəl bir təşəbbüsdə bulunub, orada kitabxana yaratmaq istəyirlər. Mən həvəslə qoşuluram - pis iş deyil ki, əlimizdən gəlməsin. İmkanı olan, onlara kitab yardımı etsin. Unutmayın ki, kitab, tək onu yazanın deyil, əli ona dəyən, vərəqlərinə qoxusu hopmuş hər oxucusunu öz ruhunda yaşadır...

Elan
Azərbaycan Dövlət Tərcümə Mərkəzi Gürcüstan Yazıçılar Birliyi Azərbaycan bölməsinin kitabxanasını yaratmaq məqsədlə öz nəşrlərindən müəyyən miqdarda kitab ayırıb.
Azərbaycanda fəaliyyət göstərən nəşriyyatları, kitab mağazalarını, digər əlaqədar qurumları və ayrı-ayrı vətəndaşları, yazarları bu təşəbbüsə dəstək verməyə çağırırıq.
Sentyabrın 30-dək Azərbaycan Dövlət Tərcümə Mərkəzinə toplanacaq kitablar göndərilə, təqdim edilə, yaxud edilən müraciətlər əsasından Mərkəz tərəfindən istənilən ünvandan götürülə bilər.

 

*************************************************************************** 
T Ə D B İ R L Ə R İ N İ Z İ N
   V  İ  D  E  O  +   F  O  T  O    
ç ə k i l i ş i 
  M E D İ A  DƏSTƏYİ

Tədbirlərinizin video-foto çəkilişini aparmaqla və media dəstəyi kimi , xəbər saytlarımızda yayımlamaq üçün
S İ F A R İ Ş L Ə R       Q Ə B U L     E D İ R İ K !
( Qiymətlər 60 azn-dən başlayır. Ödənişlərə görə vöen-qəbz və ya elektron vöen qəbz verilir.)
 
Əlaqə üçün : Telefon + WhatsApp : 050 331 1111
AZpress.AZ  informasiya agentliyi
www.azpress.az
***************************************************************************
 
 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !