GÜCLÜ KÜLƏYİN TƏSİRİNDƏN BAŞ VERƏN QƏZALAR OPERATİV OLARAQ ARADAN QALDIRILIR - (+FOTO=4)

GÜCLÜ KÜLƏYİN TƏSİRİNDƏN BAŞ VERƏN QƏZALAR OPERATİV OLARAQ ARADAN QALDIRILIR (+FOTO=4)

 AZpress.AZ xəbər verir ki, “Azəriqaz” İstehsalat Birliyi olaraq məlumat veririk ki, gecə saatlarında əsən güclü külək nəticəsində baş verən bütün qəzalar barədə 104 və 185 saylı qaynar xəttinə daxil olan zənglər operativ şəkildə araşdırılır. Əlaqədar department, şöbə və idarələrə ötürülən qəza məlumatlarının dərhal aradan qaldırlmasına, baş verən qaz sızmalarının ləğvinə başlanılıb. Belə qəzalardan biri də Qaradağ rayonunun Qobustan qəsəbəsində qeydə alınıb. Belə ki, 9 saylı 2 mərtəbəli yaşayış evinin həyətindəki ağac aşıb. Diametri 108 mm olan aşağı təzyiqli qaz xətti zədələnib və 120 abonent qazsız qalıb.

 

GECƏ SAATLARINDA BAŞ VERƏN QƏZA BİR QRUP ABONENTİ QAZSIZ QOYUB

 

Gecə 03:30 radələrində Mersedes markalı avtomobillə Saatlı rayonu M.F.Axundov küçəsindən keçən diametri 159 mm olan daşıyıcı qaz kəmərini zədələyiblər və kəmər bir yerdən qırılıb. Nəticədə Saatlı rayonunun H.Əliyev prospektinin bir hissəsi, E.Hüseynov və Cavanşir küçələrində 300 abonentin qaz təchizatı dayandırılıb.

 

*************************************************************************** 
T Ə D B İ R L Ə R İ N İ Z İ N
   V  İ  D  E  O  +   F  O  T  O    
ç ə k i l i ş i 
  M E D İ A  DƏSTƏYİ

Tədbirlərinizin video-foto çəkilişini aparmaqla və media dəstəyi kimi , xəbər saytlarımızda yayımlamaq üçün
S İ F A R İ Ş L Ə R       Q Ə B U L     E D İ R İ K !
( Qiymətlər 60 azn-dən başlayır. Ödənişlərə görə vöen-qəbz və ya elektron vöen qəbz verilir.)
 
Əlaqə üçün : Telefon + WhatsApp : 050 331 1111
AZpress.AZ  informasiya agentliyi
www.azpress.az
***************************************************************************
 
 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !