Açıq hökumətin təşviqi sahəsində maarifləndirilmə işləri aparılacaq - (+FOTO=1)

“Açıq hökumətin təşviqi sahəsində maarifləndirilmə işləri aparılacaq” (+FOTO=1)

 AZpress.AZ xəbər verir ki, Azərbaycan Respublikasının Gənclər Fondunun maliyyə dəstəyi ilə “Gənclərin Elmi Araşdırmalar Mərkəzi” ictimai birliyi “Açıq hökumətin təşviqi sahəsində tədbirlərin keçirilməsi” adlı layihənin icrasına start verib.

Layihənin məqsədi məktəblilərin elektron xidmətlər, elektron informasiya resurslarından istifadə ilə bağlı məlumatlandırması, tədrisin keyfiyyətinin artırılmasına dəstək verməkdən ibarətdir.

Birlik sözügedən layihə çərçivəsində təhsil sahəsi ilə bağlı elektron resurslar və onlardan istifadə imkanları ilə bağlı Bakı şəhərində məktəblilər arasında məlumatlandırma sessiyaları təşkil edəcək.

Ümumilikdə keçirilən 6 maarifləndirici tədbir nəticəsində 200 nəfərə yaxın yeniyetmə faydalanacaq, nəşr edilən bukletlər tədbirlər zamanı iştirakçılar arasında yayılacaq.

 

*************************************************************************** 
T Ə D B İ R L Ə R İ N İ Z İ N
   V  İ  D  E  O  +   F  O  T  O    
ç ə k i l i ş i 
  M E D İ A  DƏSTƏYİ

Tədbirlərinizin video-foto çəkilişini aparmaqla və media dəstəyi kimi , xəbər saytlarımızda yayımlamaq üçün
S İ F A R İ Ş L Ə R       Q Ə B U L     E D İ R İ K !
( Qiymətlər 60 azn-dən başlayır. Ödənişlərə görə vöen-qəbz və ya elektron vöen qəbz verilir.)
 
Əlaqə üçün : Telefon + WhatsApp : 050 331 1111
AZpress.AZ  informasiya agentliyi
www.azpress.az
***************************************************************************
 
 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !