ABŞ  Daxili  Təhlükəsizlik Nazirliyinin Gömrük və Sərhəd Mühafizəsi İdarəsinin nümayəndə heyəti ilə görüş keçirilib - + FOTO=4

ABŞ  Daxili  Təhlükəsizlik Nazirliyinin Gömrük və Sərhəd Mühafizəsi İdarəsinin nümayəndə heyəti ilə görüş keçirilib + FOTO=4

Sentyabrın 23-də Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi ilə Amerika Birləşmiş
Ştatları Daxili Təhlükəsizlik Nazirliyi Gömrük və Sərhəd Mühafizəsi İdarəsinin nümayəndə
heyətləri arasında Yük Hədəfləmə Sistemi mövzusunda görüş keçirilib.
Görüşdə Dövlət Gömrük Komitəsi sədrinin birinci müavini, gömrük xidməti general-
mayoru İsmayıl Hüseynov bildirib ki, bu gün dinamik inkişaf edən Azərbaycanda Prezident
İlham Əliyev tərəfindən iqtisadiyyatın şaxələndirilməsi istiqamətində aparılan islahatların
nəticəsi olaraq bütün sahələrdə inkişafa nail olunub.
Komitə sədrinin birinci müavini qeyd edib ki, bu islahatların tərkib hissəsi kimi, gömrük
sahəsində də gerçəkləşdirilən islahatlar nəticəsində mühüm işlər görülüb. Gömrük xidməti
beynəlxalq ticarət-təchizat zəncirinin iştirakçısı olaraq gömrük prosedurlarının
sadələşdirilməsi və sərhəd-keçid məntəqələrində sürətli keçidin təmin olunması
istiqamətində daha müasir innovativ layihələr həyata keçirir.
Bu gün Azərbaycan beynəlxalq ticarət və logistika mərkəzinə çevrilməkdədir-deyə sözünə
davam edən İsmayıl Hüseynov onu da diqqətə çatdırıb ki, bu səbəbdən maneəsiz ticarətin
timsalında gömrük prosedurlarının sadələşdirilməsi və uyğunlaşdırılması hər zamankından
daha böyük önəm kəsb edir.
Komitə sədrinin birinci müavini deyib ki, Azərbaycan gömrüyündə qısa idxal
bəyannamələrinin öncədən təqdim edilməsi ilə  risklərin idarə olunması əsasında malların və
nəqliyyat vasitələrinin sərhədkeçmə prosesi sürətlənib. Dövlət Gömrük Komitəsinin əsas
hədəflərindən birinin də risklərin idarə olunmasının inkişafı olduğunu qeyd edən İsmayıl
Hüseynov bu istiqamətdə bir sıra qonşu dövlətlərlə həyata keçirilən məlumat
mübadiləsindən, qabaqcıl ölkələrin təcrübəsinin öyrənilməsindən və Azərbaycanda
tətbiqinin əhəmiyyətindən də danışıb.
ABŞ Daxili Təhlükəsizlik Nazirliyi Gömrük və Sərhəd Mühafizəsi İdarəsinin attaşesi Surab
Bat rəhbərlik etdiyi təşkilat haqqında ətraflı məlumat verib. O qeyd edib ki, 2012-ci ildə
idarənin Türkiyədə ofisi fəaliyyətə başlayıb və sərhədlə əlaqədar mübadilə edilən bütün
məlumatların toplanması onların fəaliyyətinə daxildir. Regionda etibarlı tərəfdaşlar
qazanmaqlarından məmnunluğunu dilə gətirən Surab Bat gələcəkdə digər tərəfdaşlarla da
əməkdaşlıqda maraqlı olduqlarını ifadə edib.
Sonra Yük Hədəfləmə Sistemi (ÜGT) və Xarici Elektron Yük Məlumat Mübadiləsi
Proqramı (FEDCEP) üzrə mütəxəssislər Anna Peterson və Devid Kinq təqdimatla çıxış
ediblər.
Qeyd olunub ki, milli təhlükəsizliyi gücləndirmək məqsədilə gələcəkdə yüksək riskli malları
müəyyən etmək üçün xarici tərəfdaşlardan yüklərlə əlaqədar bəyannamələri və digər
aidiyyəti məlumatları toplamaq, həmin məlumatlar əsasında profilləri formalaşdırmaq əsas
hədəflərdən hesab olunur.
Görüşün sonunda təqdimatlarla bağlı iştirakçıların sualları cavablandırılıb. 

*************************************************************************** 
T Ə D B İ R L Ə R İ N İ Z İ N
   V  İ  D  E  O  +   F  O  T  O    
ç ə k i l i ş i 
  M E D İ A  DƏSTƏYİ

Tədbirlərinizin video-foto çəkilişini aparmaqla və media dəstəyi kimi , xəbər saytlarımızda yayımlamaq üçün
S İ F A R İ Ş L Ə R       Q Ə B U L     E D İ R İ K !
( Qiymətlər 60 azn-dən başlayır. Ödənişlərə görə vöen-qəbz və ya elektron vöen qəbz verilir.)
 
Əlaqə üçün : Telefon + WhatsApp : 050 331 1111
AZpress.AZ  informasiya agentliyi
www.azpress.az
***************************************************************************
 
 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !