BORADİGAHDA DAŞLARIN HARMONİYASI.. - FOTO=22 (Peterburq - C.Fizuli - AZpress.AZ)

BORADİGAHDA DAŞLARIN HARMONİYASI.. FOTO=22 (Peterburq - C.Fizuli - AZpress.AZ)

..Hər dəfə qürbət ölkədən vətənə dönməyin sevincini yaşamağın bir ayrı ləzzəti var.
Məmməd Araz demişkən:-
"Vətən mənə oğul desə nə dərdim, mamır olub qayasında bitərdim".
Bu gün vətənin bağrı yaralıdır və vətənin hər bir övladından "umacağı"var.
Hərə öz çalışdığı sahədə vətən adına bir iş görə bilsə,bu missiyanı qismən də olsa yerinə yetirmiş olar.
Çoxdan idi ki,yolum doğulub boya-başa çatdığım Masallı rayonunun Boradigah qəsəbəsinə düşmürdü.
Uşaqlığımın və gəncliyimin isti ocağı olan doğma yurd! Əcdadlarımın uyuduğu müqəddəs məkan! Mən buradan pərvazlandım,qanad açıb okeanların üzərindən başqa qitələrə uçsam da,mənəvi rahatlığı səndə tapıram.
Qəsəbə qəbristanlığında şəhidlərimizin, o cümlədən yaxınlaraımın məzarlarını ziyarət edəndən sonra,qabaqcadan zəngləşib görüşməyimizi rica etdiyim Məmməd müəllimin
ünvanına tələsirəm.
Məmməd müəllim uzun illərdir balalarımıza ingilis dilini tədris edir və incə qəlbə malik olan şair təbiətli bir insandır.Operator kimi isə, el və toy şənliklərini professional şəkildə kameranın yaddaşına köçürmək bacarığını da Tanrı ona bəxş eləyib. Yazdığı şeirlər isə bir başqa mövzunun söhbətidir.
Ona şöhrət gətirən heç də bu yuxarıda sadaladıqlarım deyildir.
Məmməd müəllimin, öz həyətində daşlardan yaratmış olduğu əsrarəngiz gözəllik,telekanalların tez-tez bu gözəlliyi lentə alıb
efir məkanında translyasiya etməsi, onu nəinki Azərbaycanın coğrafi ərazisində, o cümlədən ondan kənarda da populyar etmişdir.
Mən də, həmişə o süjetləri görəndə,qəlbimdə bu eloğlumun öz əlləriylə yaratmış olduğu muzeyin seyirçisi olmaq arzusunda bulunurdum.
Və nəhayət,virtual aləmdən tanıdığım
əsrarəngiz bu məkan butün gözəlliyi ilə qarşımda canlanır.Burada əntiq əşyalardan tutmuş müasir dövrümüzü özündə əks etdirən,biri-birindən maraglı eksponatlar var.
Məmməd müəllım öz hobbisi barədə danışanda özünəməxsus yumorundan da qalmır:
-Mən bu daşları çaylardan, dərələrdən yığıb gətirəndə,bəziləri istehza ilə deyirdilər ki, müəllim "havalanıb".
Mənim diqqətimi çəkən bir amil də, həyətdə Cənub zonasına xas olan müasir formada Ləm tikilisi oldu.Çoxlarının"Ulduz" filimindən görüb tanıdığı bu Ləmi, Məmməd müəllim şərq üslubunu qorumaqla müasir formada inşa edib..
Söhbətin gedişində ev sahibinin bizi inadla bir fincan qəhvəyə (həyətdə saxladığı arıların balından ora əlavə olmaqla) qonaq etməyi söhbətimizə bir az da şirinlik qatdı.
Bu gözəl məkandan ayrılıb yola düşəndə,
qeyri-ixtiyarı olaraq Boradigaha bəstələnmiş mahnının sözləri (söz Fariz Əsgərov,bəstə Hümmət Talıbzadə, Allah hər ikisinə rəhmət eləsin) yadıma düşdü..
Şöhrətin tutubdur bütün cahanı,
dolansan dünyanı,gəzsən hər yanı
Hüsnünə tay hanı, bərabər hanı?
Səninlə yox olur kədərim, ahım
Ey mənim, sevimli BORADİGAHIM.
Sağlıqla qal, dogma yurd, səninlə yenidən görüşmək arzusuyla, hələlik deyirəm...

*************************************************************************** 
T Ə D B İ R L Ə R İ N İ Z İ N
   V  İ  D  E  O  +   F  O  T  O    
ç ə k i l i ş i 
  M E D İ A  DƏSTƏYİ

Tədbirlərinizin video-foto çəkilişini aparmaqla və media dəstəyi kimi , xəbər saytlarımızda yayımlamaq üçün
S İ F A R İ Ş L Ə R       Q Ə B U L     E D İ R İ K !
( Qiymətlər 60 azn-dən başlayır. Ödənişlərə görə vöen-qəbz və ya elektron vöen qəbz verilir.)
 
Əlaqə üçün : Telefon + WhatsApp : 050 331 1111
AZpress.AZ  informasiya agentliyi
www.azpress.az
***************************************************************************
 
 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !