İtaliyanın televiziya kanallarında Azərbaycan haqqında proqram nümayiş olunur - (+FOTO=1)

İtaliyanın televiziya kanallarında Azərbaycan haqqında proqram nümayiş olunur (+FOTO=1)

 AZpress.AZ xəbər verir ki, bu günlərdə İtaliyanın LA VOCE TV və RETEORO televiziya kanallarında günün müxtəlif saatlarında "Səfirliklər və Ölkələr" proqramının Azərbaycana həsr olunan buraxılışı nümayiş olunur. Proqramda proqramın müəllifi və aparıcısı Manulea Biancospinonun Azərbaycanın İtaliyadakı səfiri Məmməd Əhmədzadədən geniş müsahibəsi yer alıb.

Azərbaycan diplomatı ölkəmizin qədim və zəngin tarixi-mədəni irsi, multikulturalizm ənənələri, Azərbaycan mədəniyyətinin İtaliyada təbliği istiqamətində Heydər Əliyev Fondu və Səfirliyin birgə tədbirləri, ölkəmizin sosial-iqtisadi inkişafı, Azərbaycan-İtaliya əməkdaşlığı, ölkəmizin turizm potensialı və italyan turistlər üçün ölkəmizdə maraq kəsb edən məqamlar barədə danışıb. Proqram boyu milli musiqi nümunələrimiz səsləndirilib və ölkəmizlə bağlı videoçarxlar təqdim olunub.

LA VOCE TV və RETEORO kanallarında ilk dəfə 24 sentyabrda nümayiş olunmuş "Səfirliklər və Ölkələr" proqramının Azərbaycana həsr olunan buraxılışının təkrarı hər gün hər iki kanalda 29 sentyabra qədərgöstərilicəkdir.

Proqramın videoyazısını bu keçiddən izləmək mümkündür:
www.youtube.com/watch

 

 

*************************************************************************** 
T Ə D B İ R L Ə R İ N İ Z İ N
   V  İ  D  E  O  +   F  O  T  O    
ç ə k i l i ş i 
  M E D İ A  DƏSTƏYİ

Tədbirlərinizin video-foto çəkilişini aparmaqla və media dəstəyi kimi , xəbər saytlarımızda yayımlamaq üçün
S İ F A R İ Ş L Ə R       Q Ə B U L     E D İ R İ K !
( Qiymətlər 60 azn-dən başlayır. Ödənişlərə görə vöen-qəbz və ya elektron vöen qəbz verilir.)
 
Əlaqə üçün : Telefon + WhatsApp : 050 331 1111
AZpress.AZ  informasiya agentliyi
www.azpress.az
***************************************************************************
 
 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !