Bakıda Səudiyyə Ərəbistanının milli bayramı qeyd edilib - + FOTO=26 ( İ. Nəriman - AZpress.AZ )

Bakıda Səudiyyə Ərəbistanının milli bayramı qeyd edilib + FOTO=26 ( İ. Nəriman - AZpress.AZ )

Sentyabrın 23-də Səudiyyə Ərəbistanının Azərbaycandakı səfirliyi ölkəsinin milli bayramı - Krallıq elan olunması günü münasibətilə rəsmi qəbul təşkil edib.

AZƏRTAC xəbər verir ki, hər iki ölkənin dövlət himnləri səsləndirildikdən sonra Səudiyyə Ərəbistanının Azərbaycandakı səfiri Haməd bin Abdullah bin Səud bin Xudeyr çıxış edib. Ölkəsinin Azərbaycanla əlaqələri möhkəmləndirmək kursunu gələcəkdə də davam etdirəcəyini bildirən səfir vurğulayıb ki, 1932-ci ildə Krallığın birləşməsindən sonra Səudiyyə Ərəbistanı sürətli inkişaf yolu keçib. Bu il milli bayram "Zirvəyədək əzmkarlıq" şüarı altında qeyd olunur.

Səfir deyib ki, Səudiyyə Ərəbistanı Azərbaycanın müstəqilliyini ilk olaraq tanıyan ölkələrdən biridir. Bu gün ölkələrimiz arasındakı əlaqələr yüksələn xətlə inkişaf edir. Əməkdaşlığın gücləndirilməsində qarşılıqlı səfərlərin mühüm rolunu vurğulayan səfir Azərbaycanın Baş Naziri Novruz Məmmədovun Krallığa səfərini, ölkəsinin Ədliyyə nazirinin Azərbaycana səfərlərini xatırladıb. O qeyd edib ki, bu səfərlər zamanı iki ölkənin maraqlarına uyğun saziş və memorandumlar imzalanıb.

Daha sonra Maliyyə naziri Samir Şərifov çıxış edərək Azərbaycan Hökumətinin və Prezidentinin Səudiyyə Ərəbistanı xalqına səmimi təbriklərini çatdırıb. Nazir bildirib ki, iki ölkə arasında qardaşlıq əlaqələri qarşılıqlı hörmət və İslam irsinə söykənir, xalqlarımız bir-birinə tarixi, dini və mədəni köklərlə bağlıdır. Keçirilən yüksək səviyyəli mühüm görüşlər ölkələrimizin siyasi-iqtisadi əlaqələrinin genişlənməsinə təkan verib. İndiyədək Azərbaycan ilə Krallıq arasında 20 sənəd imzalanıb və hazırda 8 sənəd üzrə danışıqlar gedir.

S.Şərifov qeyd edib ki, ölkələrimiz beynəlxalq təşkilatlar çərçivəsində də uğurla əməkdaşlıq edir. “Səudiyyə Ərəbistanı Ermənistan Azərbaycan Dağlıq Qarabağ münaqişəsində ölkəmizin ədalətli mövqeyini dəstəkləyir, işğalçı Ermənistanla əlaqələr qurmaqdan imtina edir. Azərbaycan Səudiyyə Ərəbistanının bu prinsipial mövqeyini yüksək qiymətləndirir", - deyə nazir vurğulayıb. 

*************************************************************************** 
T Ə D B İ R L Ə R İ N İ Z İ N
   V  İ  D  E  O  +   F  O  T  O    
ç ə k i l i ş i 
  M E D İ A  DƏSTƏYİ

Tədbirlərinizin video-foto çəkilişini aparmaqla və media dəstəyi kimi , xəbər saytlarımızda yayımlamaq üçün
S İ F A R İ Ş L Ə R       Q Ə B U L     E D İ R İ K !
( Qiymətlər 60 azn-dən başlayır. Ödənişlərə görə vöen-qəbz və ya elektron vöen qəbz verilir.)
 
Əlaqə üçün : Telefon + WhatsApp : 050 331 1111
AZpress.AZ  informasiya agentliyi
www.azpress.az
***************************************************************************
 
 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !