Abşeron rayon fəalları ilə görüş keçirildi - + FOTO=20

Abşeron rayon fəalları ilə görüş keçirildi + FOTO=20

Bu gün Azərbaycan Respublikası Baş nazirinin müavini, Yeni Azərbaycan
Partiyası Sədrinin müavini - İcra katibi Əli Əhmədov Xırdalan şəhərində YAP
Abşeron rayon təşkilatının gənc fəalları ilə görüşüb. Görüşdə Abşeron rayon İcra
Hakimiyyətinin başçısı İradə Gülməmmədova, AMEA-nın prezidenti, YAP
Sədrinin müavini Akif Əlizadə, YAP İcra katibinin müavini, Milli Məclisin İctimai
birliklər və dini qurumlar komitəsinin sədri Siyavuş Novruzov iştirak ediblər.
Qonaqlar əvvəlcə Abşeron rayonu Xırdalan şəhərinin mərkəzində Ümummilli
Lider Heydər Əliyevin abidəsini ziyarət edib, önünə tər çiçək dəstələri düzüblər.
Heydər Əliyev Mərkəzində Abşeron rayonunun Qarabağ müharibəsi əlillərindən
ibarət "Ambutant" futbol klubunun üzvləri ilə görüşündə Ə.Əhmədov Azərbaycan
dövlətinin Qarabağ müharibəsi əlillərinə və veteranlarına göstərdiyi qayğıdan bəhs
edib və onların daim Prezident İlham Əliyevin diqqət mərkəzində olduğunu
söyləyib. Öz növbəsində Qarabağ müharibəsi əlilləri göstərilən diqqət və qayğıya
görə ölkə başçısına minnətdarlıqlarını ifadə ediblər. Daha sonra "Ambutant" futbol
klubunun uğurları haqqında məlumat verilib.
Gənclərlə keçirilən görüşü açan Abşeron rayon İcra Hakimiyyətinin başçısı İradə
Gülməmmədova rayon haqqında ətraflı məlumat verib. Qeyri-rəsmi hesablamara
görə Abşeronda 500 mindən çox sakinin yaşadığını vurğulayan başçı rayonun 15
kənd və qəsəbədən ibarət olduğunu qeyd edib. Bildirib ki, Abşeron həm kənd
təsərrüfatı, həm də sənaye rayonu olaraq durmadan inkişaf edir. O, gənclərin
rayonun ictimai-siyasi həyatında, eləcə də quruculuq işlərində yaxından iştirak
etdiyini əlavə edib.
Tədbirdə çıxış edən Baş nazirin müavini, YAP-ın Sədr müavini - İcra katibi Əli
Əhmədov bildirib ki, Azərbaycan gəncliyi cəmiyyətimizin aparıcı qüvvəsini təşkil
edir. O söyləyib ki, bu gün Azərbaycan hökumətinin əsas məqsədi gənc nəslin
arzuladığı cəmiyyəti onlara təqdim etməkdir. Bu ümumi məqsədə nail olmaq üçün
var gücümüzlə çalışırıq. Bunun üçün də gənc nəslin daha yaxşı təhsil alması və
zəngin biliklərə yiyələnməsi tələb olunur. Yaxşı yaşamağın, cəmiyyətin layiqli
vətəndaşı olmağın yeganə yolu zəngin, etibarlı, dərin biliklərə yiyələnməkdir. Baş
nazirin müavini deyib: “Ölkədə gənclərin yaxşı təhsilə sahib olmaları üçün bütün
imkanlar yaradılıb. Son illər Azərbaycanda təhsil sahəsində böyük islahatlar həyata
keçirilir. İnanırıq ki, Azərbaycanın gələcəyi daha parlaq olacaq. Çünki bu parlaq
gələcəyi yaratmağa qadir olan çox ləyaqətli gənclərimiz yetişib. Onlar gələcəkdə
Ulu Öndər Heydər Əliyevin ideyalarını, eləcə də Onun layiqli davamçısı olan
Prezident İlham Əliyevin həyata keçirdiyi tədbirləri layiqincə davam etdirmək
potensialına malikdirlər”.
Görüşdə çıxış edən AMEA-nın prezidenti, YAP Sədrinin müavini Akif Əlizadə
Azərbaycanın gələcəyinin parlaq olduğunu bildirib. Çünki ölkəmizdə sağlam,
vətənpərvər, intelektual gənc nəsl formalaşıb. O, son illər gənclərin elm sahəsinə
marağının artmasını da yüksək qiymətləndirib.
Görüşdə çıxış edən gənclər də ictimai-siyasi proseslərlə bağlı fikirlərini bildiriblər.
Qeyd olunub ki, bu gün Azərbaycan gəncliyi Prezident İlham Əliyevin ətrafında

sıx birləşib, dövlət başçısının həyata keçirdiyi siyasəti birmənalı şəkildə
dəstəkləyir.
Daha sonra Abşeron rayon təşkilatının ərazi ilk partiya təşkilatları sədrlərinin
müşavirəsi keçirilib. Müşavirədə çıxış edən Ə.Əhmədov bildirib ki, bu tədbirin
keçirilməsində məqsəd partiyanın yerli strukturlarının işinin daha da
gücləndirilməsi ilə əlaqədardır: "YAP 750 minə yaxın Azərbaycan vətəndaşını öz
sıralarında birləşdirir. Bu əhəmiyyətli siyasi ordu kimi də səciyyələndirilə bilər. Bu
sadəcə bir statistika deyil. Bu böyük bir güc və böyük bir iradədir. Eyni zamanda
bu Azərbaycan vətəndaşlarının YAP-a, Ümummilli Lider Heydər Əliyevin
ideyalarına və Azərbaycan Prezidenti, partiyamızın Sədri İlham Əliyevin həyata
keçirdiyi siyasətə münasibətin ifadəsidir".
Baş nazirin müavini bu il ölkəmizdə bələdiyyə seçkilərinin keçiriləcəyini deyib və
partiyamızın bu seçkilərə hazırlığı məsələləri haqqında fikirlərini bildirib. O, Yeni
Azərbaycan Partiyasının böyük resurslarının və seçki təcrübəsinin olduğunu
deyərək bu seçkilərdə də uğur qazanılacağına əminliyini ifadə edib.
Baş nazirin müavini Prezident İlham Əliyevin siyasəti nəticəsində Azərbaycanın
ötən illər ərzində böyük inkişaf yolu keçdiyini, iqtisadiyyatın artması, əhalinin
sosial rifahının yüksəldilməsi, ölkəmizin beynəlxalq müstəvidə mövqeyinin
gücləndirilməsi istiqamətində mühüm addımlar atıldığını söyləyib.
Müşavirədə bələdiyyə seçkilərinə hazırlıq və ictimai-siyasi məsələlərlə bağlı
tövsiyyə və tapşırıqlar verilib. 

*************************************************************************** 
T Ə D B İ R L Ə R İ N İ Z İ N
   V  İ  D  E  O  +   F  O  T  O    
ç ə k i l i ş i 
  M E D İ A  DƏSTƏYİ

Tədbirlərinizin video-foto çəkilişini aparmaqla və media dəstəyi kimi , xəbər saytlarımızda yayımlamaq üçün
S İ F A R İ Ş L Ə R       Q Ə B U L     E D İ R İ K !
( Qiymətlər 60 azn-dən başlayır. Ödənişlərə görə vöen-qəbz və ya elektron vöen qəbz verilir.)
 
Əlaqə üçün : Telefon + WhatsApp : 050 331 1111
AZpress.AZ  informasiya agentliyi
www.azpress.az
***************************************************************************
 
 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !