"ADAM" filminin "İMZA GÜNÜ" keçirildi -

"ADAM" filminin "İMZA GÜNÜ" keçirildi

"AYGÜN CİNEMA"da 25.09.2019 tarixində "ADAM" filminə möhtəşəm, şou proqramlı "İMZA GÜNÜ" keçirildi. Tədbirdə tanınmış müğənnilərin ifası gələn qonaqları şənləndirdi. "ELİN KURSU"nun tələbələrinin möhtəşəm performansları qonaqların diqqətini cəlb etdi.
"AYGÜN CİNEMA"nın rəhbəri MURAD bəy çıxışında qonaqları salamladı, filmin quruluşçu rejissoru, ssenari müəllifi və layihə rəhbəri AMİL ƏLİOGLUna uğurlar arzu etdi. Filmin çəkilişini və süjet xəttini yüksək qiymətləndirdi.
Sonda tamaşaçılar tədbirdən razı qaldıqlarını bildirib, filmin aktyorlarından imza aldıqdan sonra filmi izlədilər. 

 
 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !