Ağcabədi rayonunda tarix və müasirlik mövzusunda seminar-müşavirə keçirilib - +FOTO=38 ( Azpress.AZ Mais Ibrahimov, Ağcabədi )

Ağcabədi rayonunda tarix və müasirlik” mövzusunda seminar-müşavirə keçirilib +FOTO=38 ( Azpress.AZ Mais Ibrahimov, Ağcabədi )

Ağcabədi rayonunda "Azərbaycanda dövlət din münasibətləri: tarix
və müasirlik" mövzusunda seminar-müşavirə keçirilib.
AZpress.AZ- ın bölgə müxbiri xəbər verir kii , 26 və 27 sentyabr tarixlərində Dini Qurumlarla İş üzrə
Dövlət Komitəsi (DQİDK) və Ağcabədi Rayon İcra Hakimiyyətinin (RİH) birgə təşkilatçılığı ilə
"Azərbaycanda dövlət din münasibətləri: tarix və müasirlik" mövzusunda ikigünlük seminar-müşavirə
keçirilib.
Dindarlar, hüquq mühafizə orqanlarının rəhbərləri, dini icma sədrləri, gənclər və ictimaiyyətin digər
nümayəndələrinin iştirak etdiyi tədbiri giriş sözü ilə açan Rayon İcra Hakimiyyətinin başçısı Şahin
Məmmədov mövzunun əhəmiyyətindən danışıb. Natiq Ağcabədidəki dini durum barədə də məlumat
verib və bildirib ki, rayon ərazisində dini durum sabitdir. RİH-in başçısı onu da vurğulayıb ki, bu gün
Azərbaycan dünyada, o cümlədən İslam aləmində vəhdətin, həmrəyliyin gücləndirilməsinə mühüm
töhfələr verir.
DQİDK sədrinin birinci müavini Səyyad Salahlı çıxışında bildirib ki, müstəqil respublikamızın
qazandığı uğurlar heç şübhəsiz ki, Ümümmilli Lider Heydər Əliyevin fəaliyyəti ilə birbaşa bağlıdır.
Onun sözlərinə görə, ölkəmizdə bütün sahələrdə olduğu kimi, dini sahədə də problemlər aradan
qaldırılıb, dövlət-din münasibətləri yeni mərhələyə qədəm qoyub. Səyyad Salahlı onu da deyib ki,
möhtərəm Prezidentimiz cənab İlham Əliyev tərəfindən dini sahəyə, dindarlara diqqət və qayğı
göstərilir. Bu gün dövlət başçımızın tapşırığı və şəxsi nəzarəti ilə Azərbaycanda onlarla dini abidə
yerləri dövlət tərəfindən əsaslı şəkildə təmir və bərpa edilərək dindarların istifadəsinə verilib. Dövlət
Komitəsi sədrinin birinci müavini vurğulayıb ki, xalqımızın milli-mənəvi dəyərlərinin və çoxəsrlik adət-
ənənələrinin qorunub saxlanılması, inkişaf etdirilməsi, dövlət-din münasibətlərinin tənzimlənməsi
istiqamətində böyük işlər görülməkdədir.
Dini radikalizmə mübarizə, dini maarifləndirmə tədbirlərindən də danışan Səyyad Salahlı radikalizm
və ekstremizmlə mübarizədə hər kəsi, o cümlədən din xadimlərini fəal olmağa çağırıb. Bildirib ki, bu
işdə bütün cəmiyyət aktiv iştirak etməlidir. S. Salahlının sözlərinə görə, müasir dövrdə radikalizm
dünya miqyasında narahatlığa səbəb olan problemlərdən biridir. Dini radikalizm azlıq təşkil edən din
mənsublarına qarşı fiziki-mənəvi təzyiqlər başda olmaqla, din adına törədilən terror aktlarınadək
müxtəlif formalarda özünü göstərir. Bəşəriyyətin “qarayara”sına çevrilən radikalizmi, o cümlədən dini
radikalizmi tamamilə yox etmək imkansız olsa da, onun qarşısını almaq, təhlükənin minimum həddə
qalmasına nail olmaq və inkişaf etməsi üçün şəraitin yaranmasına imkan verməmək hər bir ölkənin
milli təhlükəsizliyinin təmin olunması baxımından mütləqdir. Bu baxımdan dini radikalizmlə
mübarizədə ən mühüm vasitə maarifləndirmə hesab edilir.
Ağcabədi Rayon İcra Hakimiyyəti başçısının birinci müavini Rövşən Əhmədov, Qafqaz Müsəlmanları
İdarəsinin səlahiyyətli nümayəndəsi Ramazan Hüseynov, Dövlət Komitəsinin Dini maarifləndirmə
işinin təşkili şöbəsinin əməkdaşı Ramil Baxşəliyev və başqaları çıxış edərək vurğulayıblar ki, milli və
dini dəyərlərimizin qorunması və gələcək nəsillərə çatdırılması bu gün daha çox aktualdır. Qeyd
olunub ki, bu dəyərlərin Azərbaycan xalqının formalaşmasına təsiri böyük olduğu kimi, milli
dövlətçiliyimizin möhkəmləndirilməsində də xüsusi rolu vardır.
DQİDK-nın sifarişi ilə çəkilmiş “Üfüqdəki gələcək” sənədli filminin də nümayiş olunduğu ikigünlük
seminar-müşavirə müzakirələrlə başa çatıb.

*************************************************************************** 
T Ə D B İ R L Ə R İ N İ Z İ N
   V  İ  D  E  O  +   F  O  T  O    
ç ə k i l i ş i 
  M E D İ A  DƏSTƏYİ

Tədbirlərinizin video-foto çəkilişini aparmaqla və media dəstəyi kimi , xəbər saytlarımızda yayımlamaq üçün
S İ F A R İ Ş L Ə R       Q Ə B U L     E D İ R İ K !
( Qiymətlər 60 azn-dən başlayır. Ödənişlərə görə vöen-qəbz və ya elektron vöen qəbz verilir.)
 
Əlaqə üçün : Telefon + WhatsApp : 050 331 1111
AZpress.AZ  informasiya agentliyi
www.azpress.az
***************************************************************************
 
 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !