İmadəddin Nəsiminin 650 illik yubileyinə həsr olunmuş Beynəlxalq xalça eskizi müsabiqəsinin yekun sərgisi keçirildi - +FOTO=13 ( B.Əqdəs - AZpress.AZ )

İmadəddin Nəsiminin 650 illik yubileyinə həsr olunmuş Beynəlxalq xalça eskizi müsabiqəsinin yekun sərgisi keçirildi +FOTO=13 ( B.Əqdəs - AZpress.AZ )

Sentyabrın 28-də Azərbaycan Milli Xalça Muzeyində böyük mütəfəkkir İmadəddin Nəsiminin 650 illik yubileyinə həsr olunmuş Beynəlxalq xalça eskizi müsabiqəsinin yekun sərgisi keçirildi. Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın təşəbbüsü ilə keçirilən II Nəsimi - şeir, incəsənət və mənəviyyat Festivalı çərçivəsində daş tutan sərginin açılışında Mədəniyyət naziri Əbulfəs Qarayev çıxış etdi.
Nazir Əbulfəs Qarayev bildirdi ki, 1973-çü ildə ümummilli lider Heydər Əliyevin təşəbbüsü ilə İmadəddin Nəsiminin 600 illik yubileyinin YUNESCO səviyyəsində qeyd edilməsi Azərbaycan mədəniyyəti tarixində əhəmiyyətli hadisəyə çevrilmişdi: "Son illərdə də şairin şəxsiyyəti, yaradıcılığı həm ölkəmizdə, həm də beynəlxalq arenada layiq olduğu yüksək dəyəri alır, dünya ictimaiyyətinə tanıdılır. Belə ki, Azərbaycanın Birinci vitse-prezident Mehriban xanım Əliyevanın qayğısı ilə 2017-ci ilin may ayinda Parisdə, YUNESCO-nun baş qərargahında Nəsiminin vəfatının 600 illiyi qeyd olunub. Ötən il Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın təşəbbüsü ilə ilk dəfə Nəsimi - poeziya, incəsənət və mənəviyyat festivalı keçirilib".
Mədəniyyət naziri Prezident İlham Əliyevin "Azərbaycan Respublikasında 2019-cu ilin "Nəsimi ili" elan edilməsi haqqında" Sərəncamının və II Nəsimi - şeir, incəsənət və mənəviyyat Festivalının böyük mütəfəkkirin irsinin dərindən tədqiqinə şərait yaratdığını diqqətə çatdırdı. Festivalda beynəlxalq miqyasda tanınmış nəsimişünasların, filosofların, rəssamların, şair və alimlərin, musiqi, rəqs, teatr qruplarının iştirakının Nəsiminin fikir və düşüncələrinin dünyaya tanıdılması ilə yanaşı, ölkəmizin təbliği baxımından da mühüm əhəmiyyət kəsb etdiyini dedi: "Festival çərçivəsində keçirilən Beynəlxalq xalça eskizi müsabiqəsi və Mədəniyyəy Nazirliyinin "Söz" layihəsinin gənç şairlər arasında elan etdiyi ən yaxşı poetik əsər müsabiqəsi də Nəsimi poeziyası, onun fəlsəfi ideyalarının ayrı-ayrı incəsənət növləri vasitəsilə tərınnümü baxımından əhəmiyyətlidir. Belə müsabiqələr Nəsiminin ədəbi-mədəni irsinin öyrənilməsi ilə yanaşı, gənc istedadların üzə çıxarılmasına, cəmiyyatə taqdim olunmasına xidmət edir"
Sonra Mədəniyyət naziri Əbulfəs Qarayev Beynəlxalq xalça eskizi müsabiqəsinin, həmçinin Mədəniyyət Nazirliyinin "Söz" layihəsi çərçivəsində elan edilən Nəsimi ruhunda, yaxud bilavasitə onun şeirlərinə nəzirə olan ən yaxçı poetik əsər müsabiqəsinin qaliblərinə diplomlarını təqdim etdilər.
Beynəlxalq xalça eskizi müsabiqəsinin nəticələrinə əsasən Fatimə Axundzadənin "Nəsimi yeli" eskizi I yerə, Ruhəngiz Bağırovanın "Məndə sığar iki cəhən, mən bu cahana sığmazam" adı işi II yerə, Sürəyya Dadaşovanın "Göz yaşı" əsəri III yerə layiq görüldü. Ən yaxşı poetik əsər müsabiqəsinin qalibləri isə Orxan Behbid, Zaur Rəxşan, Sahib Məmmədov, Gülbala Dadaş, Tərlan Sadiq, Saleh Səbat, Adil Əkbər, Elsər Qədri, Nicat Nəsri, Səlim Nəsirli oldu.
Tədbirdə çıxış edən Azərbaycan Milli Xalça Muzeyinin direktoru Şirin Məlikova ölkəmizdə qədim tarixə malik xalçaçılıq sənətinin hazırda daha da inkişaf etdirildiyini, Heydər Əliyev Fondunun bu sahədə böyük diqqət və dəstək göstərdiyini vurğuladı. Şirin xanım Heydər Əliyev Fondu, Mədəniyyət Nazirliyi və Azərbaycan Milli Xalça Muzeyinin təşkil etdiyi müsabiqəyə Azərbaycan, Franca, İtaliya, Hindistan, Rusiya, İran və Albaniyadan yaşı 20-dən yuxarı 35 nəfər yaradıcı şəxsin qatıldığını dedi. Təqdim edilən 51 xaıça eskizindən 3-ünün qalib seçildiyini bildirdi: "Qeyd edim ki, I və II yerin sahibləri münsiflər heyəti tərəfindən müəyyənləşib. III yerə layiq ğörülən əsər isə muzeyin facebook səhifəsində açıq səsvermə nəticəsində, munsiflər heyətinin həmin yerə layiq ğördü 7 eskiz arasından seçib. Hər üç qalib Azərbaycan Dövlət Rəssamlıq Akademiyasının tələbələridir".
Ş.Məlikova çıxışının sonunda təşkilatçılara, müsabiqə iştirakçılarına v. səegiyə gələnlərə minnətdarlıq etdi.
Beynəlxalq xalça eskizi müsabiqəsinin münsiflər heyətində Azərbaycan Rəssamlar İttifaqının sədri, Xalq rəssamı Fərhad Xəlilov, Heydər Əliyev Fondunun mədəniyyət və incəsənət məsələləri üzrə müşaviri, sənətşünasləq üzrə fəlsəfə dokturu, Əməkdar mədəniyyət işçisi, dosent Emin Məmmədov, Azərbaycan Xalça Muzeyinin direktoru, İCOM Azərbaycan Milli Komitəsinin sədri, Azərbaycan Dövlət Rassamlıq Akademiyasının dosenti, sənətşünaslıq üzrə fəlsəfə doktoru, Əməkdar mədəniyyət işçisi Sirin Məlikova, Nəsimi-şeir, incəsənət və mədəniyyət Festivalının koordinatoru, YUNESCO-nun qeyri-maddi mədəni irsin qorunması sahəsində milli eksperti, Əməkdar mədəniyyət işçisi Cahangir Səlimxanov, Azərbaycan Dövlət Rassamlıq Akademiyasının dosenti, Xalq rəssamı Eldar Mikayılzadə və Azərbaycan Dövlət Rassamlıq Akademiyasının dosenti, Əməkdar mədəniyyət işçisi Məmmədhüseyn Hüseynov təmsil olunub.
Sərgidə müsabiqədə qalib olaneskizlər əsasında Azərbaycan Milli Xaıça Muzeyinin Ənənəvi texnologiya şöbəsinin işçilərinin toxuduğu xalçalar tədbir iştirakçılarının önündə fəsildi, adət-ənənəyə uyğun şəkildə təqdim edildi. Həmin xaəçaların toxinma prosesini aks etdirən video-çarx nümayiş olundu. Tədbirdə, eyni zamanda, müsabiqədə təqdim olunmuş eskizlər, Xalq rəssamı Eldar Mikayilzadənin 650 illik yubiley münasibətilə İmadaddin Nəsiminin yaşadığı dövrün tarixini, mədəniyyətini, ənənələrini və s. öyrənərək, etnoqrafik detalları nəzərə alaraq yaratdıqı "Nəsimi" xalçası sərgiləndi. 

*************************************************************************** 
T Ə D B İ R L Ə R İ N İ Z İ N
   V  İ  D  E  O  +   F  O  T  O    
ç ə k i l i ş i 
  M E D İ A  DƏSTƏYİ

Tədbirlərinizin video-foto çəkilişini aparmaqla və media dəstəyi kimi , xəbər saytlarımızda yayımlamaq üçün
S İ F A R İ Ş L Ə R       Q Ə B U L     E D İ R İ K !
( Qiymətlər 60 azn-dən başlayır. Ödənişlərə görə vöen-qəbz və ya elektron vöen qəbz verilir.)
 
Əlaqə üçün : Telefon + WhatsApp : 050 331 1111
AZpress.AZ  informasiya agentliyi
www.azpress.az
***************************************************************************
 
 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !