Yığmalarımız Dünya Kubokuna vəsiqə qazanıb - + FOTO=2 ( M. İntiqam – AZpress.AZ )

Yığmalarımız Dünya Kubokuna vəsiqə qazanıb + FOTO=2 ( M. İntiqam – AZpress.AZ )

Dünya Güləş Federasiyası (UWW) sentyabrın 14-dən 22-dək Qazaxıstanın paytaxtı Nur-Sultanda güləş üzrə keçirilən və Olimpiadaya lisenziya xarakterli dünya çempionatının yekunlarına əsasən Dünya Kubokunda (DK) iştirak etmək hüququ qazanan 8 ən yaxşı komandanın adını açəqlayıb. AWF-dən (Azərbaycan Güləş Federasiyası) aldığımız məlumata görə sözügedən turnirdə Azərbaycan iki komandayla – sərbəst və qadın güləşi üzrə yığmalarla təmsil olunacaq. Xatırladaq ki, iki gümüş medal qazanan sərbəst güləş üzrə yığmamız 50 xalla dünya çempionatında 7-ci, 1 qızıl və 1 bürünc medalla 48 xal toplayan qadın yığmamız isə Top-8-i tamamlayıb. Komanda hesabında ilk səkkizlikdən kənarda qalan yunan-Roma üzrə yığmamız isə DK-ya düşməyib. Qadınların Dünya Kuboku bu ilin noyabrında Yaponiyada təşkil ediləcək. Sərbəst güləşçilərin analoji yarışı isə gələn ilin oktyabrında keçiriləcək. Yarışın keçiriləcəyi məkan hələlik müəyyənləşməyib. Yeri gəlmişkən, yunan-Roma güləşində Rafiq Hüseynov (82 kq) gümüş, Eldəniz Əzizli (55 kq) bürünc, qadın güləşində Mariya Stadnik (50 kq) qızıl, Elis Manolova (65 kq) bürünc, sərbəst güləşdə isə Cəbrayıl Həsənov (79 kq) və Şərif Şərifov (97 kq) gümüş medal qazanıb. Ümumilikdə 1 qızıl, 3 gümüş, 2 bürünc medal əldən edən ölkəmiz medalların əyarına görə 5-ci yeri tutub. Olimpiadaya iki çəkidə - qadın güləşində 50 kq-da, sərbəst güləşdə isə 97 kq-da lisenziya əldə edilib. 

*************************************************************************** 
T Ə D B İ R L Ə R İ N İ Z İ N
   V  İ  D  E  O  +   F  O  T  O    
ç ə k i l i ş i 
  M E D İ A  DƏSTƏYİ

Tədbirlərinizin video-foto çəkilişini aparmaqla və media dəstəyi kimi , xəbər saytlarımızda yayımlamaq üçün
S İ F A R İ Ş L Ə R       Q Ə B U L     E D İ R İ K !
( Qiymətlər 60 azn-dən başlayır. Ödənişlərə görə vöen-qəbz və ya elektron vöen qəbz verilir.)
 
Əlaqə üçün : Telefon + WhatsApp : 050 331 1111
AZpress.AZ  informasiya agentliyi
www.azpress.az
***************************************************************************
 
 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !