Qadın voleybol yığmamızı lisenziya sınağı gözləyir - + FOTO=3 ( M. İntiqam – AZpress.AZ )

Qadın voleybol yığmamızı lisenziya sınağı gözləyir + FOTO=3 ( M. İntiqam – AZpress.AZ )

Avqust ayında Braziliyada Olimpiada-2020-yə lisenziya uğrunda apardığı mübarizədə istəyinə çata bilməyən qadın voleybol yığmamızın qarşıda daha bir şansı var. İtaliyalı mütəxəssis Covanni Kapraranın başçılıq etdiyi yığmamız bu dəfə özünü Hollandiyanın Appeldorne şəhərində sınayacaq. 2020-ci ilin 7-12 yanvar aralığında keçirilməsi nəzərdə tutulan Avropa Olimpiya təsnifatlı həmin turnirdə yığmamızın potensial rəqibləri sırasında ev sahibi Hollandiya ilə yanaşı, Türkiyə, Almaniya, Bolqarıstan, Polşa, Belçika və Xorvatiya millisi yer alıb. Reqlamentə əsasən komandalar iki qrupda mübarizə aparacaqlar. Qruplarda ilk iki yeri tutanlar yarımfinalda mübarizəni davam etdirəcəklər. Cütlərin qalibi finalda qarşılaşacaq. Finalı udan komanda isə Tokio-2020-də iştirak etmək hüququ verən yeganə lisenziyanın sahibi olacaq. Qeyd edək ki, yığmamızın yer aldığı səkkizliyin favoriti AÇ-2019-un gümüş medalçısı olan Türkiyə millisi hesab edilir. Xatırladaq ki, Azərbaycan millisi avqust ayında Braziliyada keçirilən Dünya Olimpiya təsnifatlı turnirdə ev sahibi ilə yanaşı, Dominikan Respublikası və Kamerun komandası ilə qarşılaşmışdı. Braziliyanın lisenziya qazandığı həmin turnirda Azərbaycan yalnız Kamerunu qabaqlamaqla qrup üçüncüsü olmuşdur. 

*************************************************************************** 
T Ə D B İ R L Ə R İ N İ Z İ N
   V  İ  D  E  O  +   F  O  T  O    
ç ə k i l i ş i 
  M E D İ A  DƏSTƏYİ

Tədbirlərinizin video-foto çəkilişini aparmaqla və media dəstəyi kimi , xəbər saytlarımızda yayımlamaq üçün
S İ F A R İ Ş L Ə R       Q Ə B U L     E D İ R İ K !
( Qiymətlər 60 azn-dən başlayır. Ödənişlərə görə vöen-qəbz və ya elektron vöen qəbz verilir.)
 
Əlaqə üçün : Telefon + WhatsApp : 050 331 1111
AZpress.AZ  informasiya agentliyi
www.azpress.az
***************************************************************************
 
 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !