Biləsuvar rayonunun Xırmandalı kəndinin yeni yaşayış massivi qazlaşdırıldı - (+FOTO=3)

Biləsuvar rayonunun Xırmandalı kəndinin yeni yaşayış massivi qazlaşdırıldı (+FOTO=3)

 AZpress.AZ xəbər verir ki, Biləsuvar rayonunun Xırmandalı kəndinin yeni yaşayış massivinə sentyabrın 28-də mavi yanacaq verilib. Bu münasibətlə kənddə keçirilən tədbirdə SOCAR prezidenti cənab Rövnəq Abdullayev, “Azəriqaz” İstehsalat Birliyinin baş direktoru cənab Əkbər Hacıyev, Biləsuvar rayonunun İcra Hakimiyyətinin başçısı cənab Mahir Quliyev, eləcə də digər rəsmilər, ictimaiyyət nümayəndələri və kənd sakinləri iştirak ediblər. Açılış mərasimində çıxış edən SOCAR prezidenti cənab R.Abdullayev əlamətdar hadisə münasibəti ilə kənd sakinlərini təbrik edib, son illər ölkənin hər yerində qaz təchizatı sisteminin yenidən qurulması, kənd və qəsəbələrin qazlaşdırılması istiqamətində görülmüş məqsədyönlü tədbirlərdən danışıb. O, qeyd edib ki, təbii qaz almayan yaşayış məntəqələrinin mavi yanacaqla təmin olunması, xalqımızın rifah halının daha da yaxşılaşmasına, həmçinin ekologiyanın qorunmasına xidmət edir.

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin ölkənin qazlaşdırılması proqramının icrasını daim diqqət mərkəzində saxladığını bildirən SOCAR prezidenti, bu sahədə həyata keçirilən işlərin bundan sonra da davam etdiriləcəyini vurğulayıb.

Çıxış edən ictimaiyyət nümayəndələri kəndə təbii qazın verilməsinə görə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə minnətdarlıqlarını ifadə ediblər.

Qeyd edək ki, Biləsuvar rayonunun Xırmandalı kəndinin genişlənən hissəsində 286 evə mavi yanacaq verilib. Ümumilikdə 286 yeni sayğac quraşdırılıb. Daşıyıcı və məhəllədaxili qaz xətlərinin çəkilişi üçün yerüstü 23 540 metr böyük diametrli polad boru, eləcə də 7037 metr balaca diametrli polad borulardan istifadə edilib.

 

 

*************************************************************************** 
T Ə D B İ R L Ə R İ N İ Z İ N
   V  İ  D  E  O  +   F  O  T  O    
ç ə k i l i ş i 
  M E D İ A  DƏSTƏYİ

Tədbirlərinizin video-foto çəkilişini aparmaqla və media dəstəyi kimi , xəbər saytlarımızda yayımlamaq üçün
S İ F A R İ Ş L Ə R       Q Ə B U L     E D İ R İ K !
( Qiymətlər 60 azn-dən başlayır. Ödənişlərə görə vöen-qəbz və ya elektron vöen qəbz verilir.)
 
Əlaqə üçün : Telefon + WhatsApp : 050 331 1111
AZpress.AZ  informasiya agentliyi
www.azpress.az
***************************************************************************
 
 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !