AMEA-nın Elm nəşriyyatı VI Bakı Beynəlxalq Kitab Sərgi-Yarmarkasında uğurla iştirak edib - (+FOTO=1)

AMEA-nın “Elm” nəşriyyatı VI Bakı Beynəlxalq Kitab Sərgi-Yarmarkasında uğurla iştirak edib (+FOTO=1)

 AZpress.AZ xəbər verir ki, Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyinin təşkilatçılığı ilə 27-29 sentyabr 2019-cu il tarixlərində Bakı İdman Sarayında təşkil olunan VI Bakı Beynəlxalq Kitab Sərgi-Yarmarkasında AMEA-nın "Elm" nəşriyyatı da təmsil olunub. Sərgidə cari ildə nəşr olunan xeyli sayda elmin müxtəlif sahələrinə dair monoqrafiyalar, elmi məcmuələr, lüğətlər seçilmiş əsərlər, elmi-kütləvi kitablar, elmi jurnallar, biblioqrafik göstəricilər nümayiş etdirib. Baş Nazirin müavini, Yeni Azərbaycan Partiyasının sədr müavini – icra katibi Əli Əhmədov, Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının humanitar siyasət məsələləri şöbəsinin müdiri Fərəh Əliyeva, Azərbaycan Respublikasının Mədəniyyət və Turizm Naziri Əbülfəs Qarayev, Azərbaycan Milli Elmlər Akademiyasının vitse-prezidenti, akademik İsa Həbibbəyli, eləcə də digər yerli və xarici tədbir iştirakçıları "Elm" nəşriyyatının təşkil etdiyi guşəyə xüsusi diqqət yetirib, müəssisənin nəşrlərini yüksək qiymətləndiriblər.

 

 

*************************************************************************** 
T Ə D B İ R L Ə R İ N İ Z İ N
   V  İ  D  E  O  +   F  O  T  O    
ç ə k i l i ş i 
  M E D İ A  DƏSTƏYİ

Tədbirlərinizin video-foto çəkilişini aparmaqla və media dəstəyi kimi , xəbər saytlarımızda yayımlamaq üçün
S İ F A R İ Ş L Ə R       Q Ə B U L     E D İ R İ K !
( Qiymətlər 60 azn-dən başlayır. Ödənişlərə görə vöen-qəbz və ya elektron vöen qəbz verilir.)
 
Əlaqə üçün : Telefon + WhatsApp : 050 331 1111
AZpress.AZ  informasiya agentliyi
www.azpress.az
***************************************************************************
 
 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !