Gəncədə 27 yaşlı gənc narkotikdən öldü -

Gəncədə 27 yaşlı gənc narkotikdən öldü

 Gəncədə kişi narkotikdən zəhərlənərək ölüb.

Gəncə Şəhər Mərkəzi Xəstəxanasından Oxu.Az-a verilən xəbərə görə, 1992-ci il təvəllüdlü Həsənov Emin Şahmalı oğlu yüksək dozada narkotik maddə qəbul edib.

E.Həsənov ağır vəziyyətdə xəstəxanaya yerləşdirilib. O, xəstəxanada ölüb.

Faktla bağlı araşdırma aparılır.

 
 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !