Qalatasaray məğlub oldu, Bavariya Tottenhem i darmadağın etdi -

“Qalatasaray” məğlub oldu, “Bavariya” “Tottenhem”i darmadağın etdi

Bu gün Çempionlar Liqasında II tura start verilib.

"Qafqazinfo" xəbər verir ki, ilk oyun günündə 8 qarşılaşma keçirilib.

“Real” gözlənilmədən Madriddə “Brügge” ilə heç-heçə edib - 2:2. “Qalatasaray" isə doğma meydanda PSJ qarşısında aciz qalıb - 0:1. Londonda keçirilən "Tottenhem" - "Bavariya" matçında isə 9 qol qeydə alınıb. Almaniya təmsilçisi rəqibini 7:2 hesabıyla darmadağın edib.

Çempionlar Liqası
Qrup mərhələsi, II tur
1 oktyabr

A qrupu

“Real” (Madrid, İspaniya) – “Brügge” (Belçika) - 2:2

Qollar: Serxio Ramos, 55, Kasemiro, 85 - Emmanuel Dennis, 9, 39

Qırmızı vərəqə: Ruud Vormer, 84 ("Brügge")

“Qalatasaray” (Türkiyə) – PSJ (Fransa) - 0:1

Qol: Mauro İkardi, 52

B qrupu

“Srvena Zvezda” (Serbiya) – “Olimpiakos” (Yunanıstan) - 3:1

Qollar: Miloş Vuliç, 63, Nemanya Milunoviç, 87, Riçmond Boakye, 90 - Ruben Semedu, 37

Qırmızı vərəqə: Yassin Benzia, 58 ("Olimpiakos")

“Tottenhem” (İngiltərə) – “Bayern” (Münhen, Almaniya) - 2:7

Qollar: Son, 12, Harri Keyn, 61 (pen.) - Jozua Kimmix, 15, Robert Levandovski, 45, 86, Serj Qnabri, 53, 55, 83, 88

C qrupu

“Atalanta” (İtaliya) – “Şaxtyor” (Donetsk, Ukrayna) - 1:2

Qollar: Duvan Zapata, 26 - Junior Moraes, 41, Manor Solomon, 90+5

“Mançester Siti” (İngiltərə) - “Dinamo” (Zaqreb, Xorvatiya) - 2:0

Qollar: Rahim Sterlinq, 66, Fil Foden, 90+5

D qrupu

“Yuventus” (İtaliya) – “Bayer” (Leverkuzen, Almaniya) - 3:0

Qollar: Qonsalo İquain, 17, Federiko Bernardeski, 62, Kriştiano Ronaldo, 88

“Lokomotiv” (Moskva, Rusiya) – “Atletiko” (Madrid, İspaniya) - 0:2

Qollar: Joau Feliks, 48, Tomas, 58 

*************************************************************************** 
T Ə D B İ R L Ə R İ N İ Z İ N
   V  İ  D  E  O  +   F  O  T  O    
ç ə k i l i ş i 
  M E D İ A  DƏSTƏYİ

Tədbirlərinizin video-foto çəkilişini aparmaqla və media dəstəyi kimi , xəbər saytlarımızda yayımlamaq üçün
S İ F A R İ Ş L Ə R       Q Ə B U L     E D İ R İ K !
( Qiymətlər 60 azn-dən başlayır. Ödənişlərə görə vöen-qəbz və ya elektron vöen qəbz verilir.)
 
Əlaqə üçün : Telefon + WhatsApp : 050 331 1111
AZpress.AZ  informasiya agentliyi
www.azpress.az
***************************************************************************
 
 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !